08:22 13 Yanvar 2018
457 dəfə oxunub
Çap versiyası
...

Makedoniyanın Baş naziri Zoran Zaev Yunanıstanın “Alfa” televiziya kanalına müsahibəsində ölkəsinin adı ilə bağlı Yunanıstanla davam edən anlaşılmazlığın bu ilin birinci yarısında həll oluna biləcəyini qeyd edib. Onun fikrincə, ölkənin adını dəyişdirmək üçün cəmiyyətin, müxalifətin dəstəyini qazanmaq lazımdır.

Baş nazir bu məsələdə müxalifətin müsbət rəyinə inanır. O, dost niyyətini göstərmək üçün “Böyük Aleksandr” adını daşıyan Skopye aeroportunun adının dəyişdirilməsini də müzakirə edə bilər. Eyni zamanda, Baş nazir ölkəsini Avropa İttifaqının və NATO-nun üzvü görmək arzusundadır.

Qeyd edək ki, yanvarın 17-18-də NATO-nun Baş katibi Yens Stoltenberqin Skopyeyə rəsmi səfəri planlaşdırılıb. Səfər zamanı Makedoniyanın siyasi və hökumət rəhbərliyi ilə görüşlər keçiriləcək. Yanvarın 19-da isə Nyu-Yorkda BMT-nin Baş katibinin xüsusi nümayəndəsi Metyu Nimitsin vasitəçiliyi ilə Makedoniyanın adına dair danışıqlar başlanacaq.

 

İqbal Hacıyev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.5506 san