Milli heykəltəraşlığımızın lideri

11:37 / 20.12.2017

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan heykəltəraşlığının son iki qərinəlik səhifəsinin yeni-yeni bədii-estetik keyfiyyətlərlə zənginləşməsində Xalq Rəssamı, akademik Ömər Eldarovun yaradıcı xidmətləri ölçüyəgəlməzdir desək, həqiqəti söyləmiş olarıq.

Bu gün 90 yaşın zirvəsindən geriyə - onun keçdiyi yaradıcılıq yoluna nəzər salanda, yaratdığı müxtəlif janrlı əsərlərin timsalında onu öz peşəsinin bənzərsiz ustadı olduğunu görə bilərik. Onun heykəllərinin yaranma manerasında, forma-biçim, mütənasiblik meyarında da diqqətçəkən- ovsunlayıcı bir məntiq var. Bu böyük sənət ölçüsünü o, bütün ömrü boyu ləyaqətlə qoruya bilib. Nəticədə, Azərbaycan heykəltəraşlıq sənəti müxtəlif materiallara hopmuş böyük sənətkar təxəyyülünün yüzlərlə bənzərsiz ifadəsini qazanıb. Bütün bu uğurların davamlı şəkil alması xeyli vaxtdır ki, onun Azərbaycan tişə ustalarının lideri olmasını şərtləndirib. Yaradıcılığı boyu ölkənin müxtəlif yüksək mükafatlarına layiq görülməsi də onun sənətkarlığının rəsmi təsdiqi sayıla bilər.

Görkəmli sənətkarın altmış ili ötən yaradıcılığı mövzu və faktura etibarilə nə qədər zəngin olsa da, Ömər Eldarovun adı çəkiləndə ilk növbədə X.Natəvan abidəsi yada düşür. Sonralar milli heykəltəraşlığımızda psixoloji yaşantıların gözəl ifadəçisi kimi tanınacaq Ö.Eldarov məhz bu əsərində özünün fərdi duyumunu insan psixologiyasının açımına tam yönəldə bilmişdi.

Heykəltəraşlıqda psixoloji məqamları ifadə etmək nə qədər çətin olsa da, görkəmli tişə ustası yaradıcılığının ilk mərhələlərindən başlayaraq müraciət etdiyi ən müxtəlif xarakterli obrazları ömürlərinin ən önəmli an və məqamlarında tamaşaçıya təqdim etməyə qərar vermiş, ictimailəşən şəxsiyyətləri daha yaddaqalan forma-biçimdə göstərməyə çalışmışdır. Bakıda X.Natəvanın şərəfinə ucaldılmış heykəldə (1960) həyatı çox təzadlı hadisələrlə zəngin olan şairənin obrazının (oturuşundan tutmuş, özündə fiqurun ifadəli siluetini şərtləndirən ritm və geyim plastikasına qədər) bədii şərhinə görə tamamilə müəllif məqsədinə xidmət etdiyini görmək mümkündür.

Ömər Eldarovun Xalq Rəssamı Toqay Məmmədovla birlikdə yaratdığı Məhəmməd Füzulinin abidəsi (1962) də bu gün paytaxtın ən baxımlı sənət nümunələrindən sayılır. Güclü emosional təsir gücünə malik abidənin uğurunu şairin ifadəli tunc obrazı ilə onun nakam məhəbbət dastanının qəhrəmanları olan Leyli və Məcnunu qayanı əks etdirən qranitdən hazırlanmış qorelyefləri şərtləndirib. Üç fiqurun düşüncələrə qərq olmuş və yaşantılara bələnmiş görkəmi ilə - məhəbbətləri rəmzə çevrilmiş poema qəhrəmanlarının və onların taleyinə çarə qıla bilməyən dərd şairinin iç dünyasına köklənmiş fikirli baxışlarında ətrafı duyğulandıracaq bədii-estetik dəyər kifayət qədərdir. O vaxtlar gənc heykəltəraşların bu əsərinin SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülməsi də onun tələbkar sənət xiridarlarının sınağından uğurla çıxmasından xəbər verirdi. Ümumiyyətlə, Ömər Eldarov obrazlarının daha səciyyəvi cəhətlərini lirik-romantik ruhda təqdim etməklə tamaşaçısını duyğulandıra bilən heykəltəraşlardandır. Sənətkarın yaradıcılığının bu başlıca məziyyətini onun incəliyi ilə seçilən xoşbəxt ana mövzusunu özündə ifadə edən “Sevinc”, eləcə də daha güclü xarakterlərin təcəssümü olan “Analıq” və “Həyəcan” kompozisiyalarında müşahidə etmək mümkündür.

Heykəltəraşın 1963-cü ildə ağacdan hazırladığı çoxfiqurlu “Neftçilər” kompozisiyası portret janrında həll olunsa da, bir-birinə sıxılaraq onları üstələməyə çalışan Xəzriyə sinə gərən müxtəlif yaşlı “qara qızıl” ustalarının mərdlik yağan çöhrələri böyük ustalıqla çanlandırılıb.

Ömər Eldarov yaradıcılığının şah əsərləri onun tanınmış fırça ustası Səttar Bəhlulzadəyə həsr etdiyi iki portretdir (1965 və 1968-ci illər) desək, səhv etmərik. Ağacdan hazırlanmış hər iki əsər bənzərsiz sənəti və şəxsiyyəti ilə çox məşhur olan rəssamın çılğınlığını və özünəməxsusluğunu özündə gözəl əks etdirir. Biri incə xırdalıqları, digəri isə ümumiləşdirmələrlə fərqlənən əsərlərdə rəssamın qeyri-adiliyini ifadə edən siluet, duruş müəllifin çox orijinal tapıntısı kimi qəbul edilir. Ö.Eldarovun sənət dostunun Əmircandakı məzarı üzərində ucalan abidəsi də forma-biçiminə və bədii-estetik tutumuna görə memorial heykəltəraşlığın ən yaxşı nümunələri sırasına daxil olmağa layiqdir.

Düşənbədə ucaldılmış Sədrəddin Ayninin abidəsinin (1978) məhz Ö.Eldarovun tişəsindən çıxması da tacik sənət xiridarlarının azərbaycanlı heykəltəraşın sənətinə böyük inamının ifadəsidir. Görkəmli tişə ustası bu əsərinə xas olan monumental duyumunu sonrakı illərdə Əbu Əli ibn Sinanın (Düşənbə, 1980), məşhur dramaturq Hüseyn Cavidin (Bakı, 1993), rəssam Əzim Əzimzadənin (Bakı, 2001), bəstəkar Müslüm Maqomayevin (Bakı, 1987), İhsan Doğramacının (Ankara, 2001), ümummilli liderimiz Heydər Əliyevin (Qars, 2001) və dirijor Niyazinin (Bakı, 2017) abidələrində də nümayiş etdirə bilmişdir.

Bu yerdə deyək ki, Ulu Öndərin obrazı heykəltəraşın yaradıcılığında xüsusi yer tutur. O, Heydər Əliyevin Naxçıvanda, Bakıda və digər şəhərlərdə ucaldılmış neçə-neçə abidəsinin müəllifidir. Ömər Eldarov çox yaxından tanıdığı və uzun illər ərzində dostluq etdiyi görkəmli siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətləri müxtəlif materiallarda böyük sənətkarlıqla əbədiləşdirməyə nail olmuşdur. Ulu Öndərin Fəxri xiyabandakı və yeni istifadəyə verilmiş Ali Məhkəmə binasındakı abidəsi özündə yüksək bədii-estetik məziyyətləri yaşadan sənət nümunələridir. Ö.Eldarovun Ümummilli Liderin vaxtilə yaşadığı binanı bəzəyən xatirə lövhəsi də özünəməxsus forma-biçim və plastika mədəniyyəti ilə seçilir. Elə bu lövhənin qonşuluğundakı məşhur oftalmoloq Zərifə xanım Əliyevanın xatirə lövhəsi də böyük sənətkarlıqla işlənilmiş plastika nümunəsidir. Əlavə edək ki, Ö.Eldarov Zərifə xanımın Fəxri xiyabandakı məşhur məzarüstü abidəsinin də müəllifidir. Bu əsərin mərmər variantı (“Elegiya”) hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində nümayiş etdirilməkdə, çağdaş milli heykəltəraşlığımızın uğuru kimi qəbul olunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Ömər Eldarov məşhur şəxsiyyətlərlə bağlı digər memorial abidələrin də müəllifidir. Etiraf etmək lazımdır ki, görkəmli heykəltəraşın davamlı səyləri nəticəsində milli incəsənətimizin bu sahəsi son illər çox maraqlı və təsirli nümunələrlə zənginləşmişdir. Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Fikrət Əmirov, Hüseyn Ərəblinski, Süleyman Rəhimov, Şıxəli Qurbanov, Rəşid Behbudov, Ziya Bünyadov, Həsən Əliyev, Süleyman Rüstəm, Yusif Səmədoğlu, Tofiq Quliyev, Tamerlan Əliyev, Aida İmanquliyevanın məzarüstü abidələri bu qəbildəndir.

Heykəltəraşın bütün yaradıcılığı boyu müxtəlif materiallarda yaratdığı portretləri obrazı dərindən duymaq, onların səciyyəvi cəhətlərini qabartmaq istedadı xüsusilə yaddaqalandır. Onun oğlu Müslümə həsr etdiyi portretdə də (1972) düşündürücülüyə bələnmiş gənclik ehtirasının ifadəsi qabarıqdır. Qızı Lalənin (1970), Maestro Niyazinin (1984), Sevinc Rzaquliyevanın (1987), Aysel və Aytənin (1988) portretlərində də zərifliyin və yaradıcılıq ehtirasının bədiiləşmiş təsirli görüntüsü ilə qarşılaşırıq.

Görkəmli tişə ustası bütün materialları özünə doğma saysa da, deməliyik ki, onun ağacdan hazırladığı heykəllər ecazkar və heyrətamizdir. Bu mənada onun rəssam S.Bəhlulzadəyə həsr etdiyi iki portretlə yanaşı, dirijor Niyazi ilə bağlı “Elegiya” əsərini, Mahatma Qandi və Rabindranat Toqorun portretlərini, o cümlədən “Zamanın dörd rəngi” kompozisiyasını xüsusi qeyd etmək lazımdır. Son əsərində ağacın özünəməxsus ifadə məziyyətini ustalıqla duyan heykəltəraş bunu insan ömrünün müxtəlif illərini əyaniləşdirən obrazların fərdi və fərqli keyfiyyətlərini aşkarlamağa yönəldə bildiyindən əsərlər kifayət qədər duyğulandırıcıdır.

Monumental abidələrində özünü lirik-romantik kimi təsdiqləyən Ömər Eldarov dəzgah heykəltəraşlığı səpkili əsərlərində özünün daha bir yeni keyfiyyətini göstərib. Bu da onun həyat hadisələrinin fəlsəfi duyumu və onların bədii yozumu ilə bağlıdır. Heykəltəraşın “Zehnin yuxusu”, “XX əsr”, “Ağlayan qadın”, “Uşaqlı qadın”, “Antik motiv” və s. əsərləri tamaşaçı düşüncələrini duyğulandırmaq gücü ilə diqqət çəkir. Reallıq və təxəyyül bu kompozisiyalarda obrazlı görkəm aldığından yaranan uğurlu bədii sintez seyrçini dialoqa çəkir, onun fikirlərinin parlayır, düşündürür...

Ö.Eldarovun bütün ömrü boyu qazandığı sənət vərdişlərini gənc həmkarları ilə bölüşməyə vaxt ayırması bu gün respublikamızda onun özünəməxsus dəyərlərə malik heykəltəraşlıq məktəbinin yaranmasını şərtləndirmişdir. Hələ sovet dönəmində Bakı şəhərində açılan SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə yaradıcılıq emalatxanasının rəhbəri kimi bu işi görməyə başlayan Ömər müəllim hazırda bu işi 2000-ci ildə təsis olunmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru kimi davam etdirməkdədir. Hər gün bu ali təhsil ocağına üz tutan 90 yaşlı ustad sənətkar gündən-günə püxtələşən xələflərindən böyük ehtiram nidaları ilə eşitdiyi “Salam, Ömər müəllim!” sözlərini də həyatına qatılan yeni mənəvi enerji kimi qəbul edir.

Daim yaşayıb-yaratmaq həvəsli olan, etdiklərinin qarşılığında davamlı olaraq dövlətin diqqət və qayğısından kənarda qalmayan, dəfələrlə fəxri adlara və müxtəlif mükafatlara layiq görülən Ömər Eldarov bu gün ömrünün müdriklik çağını yaşayır. Hər yeni əsəri ilə əsl sənətkarlıq atributu olan heyrətləndirmək bacarığının tükənmədiyini nümayiş etdirir. Deməli, o, milli heykəltəraşlığımızı sənətə qürur gətirən əsərlərlə zənginləşdirmək qüdrətindədir...

 

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM