10:54 13 Yanvar 2018
1558 dəfə oxunub
Çap versiyası
...

Yaponiya özünümüdafiə dəniz qüvvələrinin komandanlığı ötən ilin sonundan başlayaraq ABŞ-ın sorğusuna əsasən Şimali Koreyaya tətbiq edilən sanksiyaların icrasına nəzarət üçün öz gəmilərini Sarı və Yapon dənizlərinə göndərir.

Məqsəd açıq dənizdə əcnəbi tankerlərdən Şimali Koreya gəmilərinə neftin vurulmasının qarşısını almaqdır.

Məlumatda qeyd edilir ki, əməliyyat özünümüdafiə qüvvələrinin beynəlxalq sularda müşahidə aparması qaydalarına müvafiq olaraq keçirilir. Yaponiyanın patrul təyyarələri açıq dənizdə şübhəli gəmilər aşkar etdikdə məlumatı gəmilərə ötürür və gəmilər qeyd edilən əraziyə doğru hərəkət edir.

Şübhəli gəmiləri yoxlamaq yapon özünümüdafiə qüvvələrinin səlahiyyətinə aid olmadığına görə, əldə edilən məlumatlar, foto və digər informasiyalar ABŞ tərəfinə göndərilir. Bundan əlavə, həmin məlumatlar yanvarın 16-da Vankuverdə Kanada və ABŞ-ın sədrliyi ilə keçiriləcək Şimali Koreya üzrə nazirlər görüşünə təqdim ediləcək.

Kyodo agentliyi yazır ki, Yaponiya hökumətinin rəyinə əsasən, bu nəzarət təkcə Şimali Koreyaya deyil, eyni zamanda, Tokio və Vaşinqtonun qənaətinə görə, Pxenyana müəyyən kömək edən Çin və Rusiyaya da təsir göstərəcək.

 

Vüqar Ağayev


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5827 san