11:20 13 Yanvar 2018
455 dəfə oxunub
Çap versiyası
...

İndi sifətin tanınması texnologiyası əsasən xüsusi təhlükəli cinayətkarları aşkar etmək üçün istifadə olunur. Amma tezliklə sözügedən texnologiya Çində mülki məqsədlə (kəbin kəsmə mərasimi zamanı) tətbiq edilə bilər. Hərçənd ki sifətin tanınması texnologiyası bu vəziyyətdə də qanunu pozanları aşkar etmək üçün nəzərdə tutulub.

Strategiya.az ICTnews-a istinadən bildirir ki, Çin rəsmiləri hesab edirlər ki, belə yanaşma fırıldaqçılar tərəfindən nikah sənədlərinin alınması üçün kənar pasportlardan istifadə halları ilə bağlı cinayətlərin sayını azaldacaq. Yeni texnologiya çox tezliklə Çunsin şəhərinin VVAQ-da (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi) tətbiq ediləcək.

Çində nikahın rəsmiləşdirilməsi üçün pasportdan başqa, bir çox başqa sənədlər də təqdim etmək lazımdır ki, bu da xeyli vaxt itkisinə səbəb olur. Yeni texnologiyanın tətbiqi qeydiyyat prosedurunu xeyli asanlaşdıracaq və sürətləndirəcək.

Sifətin tanınması üzrə yeni sistem məlumatların işlənməsinə 0,3 saniyə sərf edir ki, bu da analoqlarından bir neçə yüz dəfə daha sürətlidir. Sistemin yaradıcıları əmin edirlər ki, yeni sistem, hətta əkizləri ayırd edə və plastik əməliyyatla sifətinin xüsusiyyətlərini dəyişdirmiş insanları düzgün eyniləşdirə bilir. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5986 san