16:43 13 Yanvar 2018
443 dəfə oxunub
Çap versiyası
...

Xaçmaz rayonu ərazisində xeyli miqdarda mənşəyi məlum olmayan ət məhsulları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, yanvarın 12-də daxil olmuş məlumat əsasında DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taborunun Kənd Təsərrüfatı Nazirliyinin Dövlət baytarlıq nəzarəti xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı Xaçmaz rayonu ərazisində Tovuz rayon sakini Nicat Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilib.

 

Bu zaman avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənəd olmayan çəkisi 90 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətinin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
"Azərsu"dan acı etiraf
22:07 23.09/2018
Bakıda yanğın
21:58 23.09/2018
Faktiki hava
14:18 23.09/2018
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0235 san