19:37 13 Yanvar 2018
300 dəfə oxunub
Çap versiyası
...

Ağdamda 4 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, yanvarın 13-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Quzanlı qəsəbəsi ərazisində 4 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə su kanalına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (3 ədəd 100 mm-lik top mərmisi və 1 ədəd 122 mm-lik top mərmisi) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərmilərin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 13 yanvar 2018-ci il tarixlərində Ağstafa, Ağdam, Tərtər və Lənkəran rayonları ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib, 7 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 6 120 kv.m ərazi yoxlanılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava yağmursuz olacaq
14:10 19.06/2018
Sabunçu rayonunda yanğın
13:54 19.06/2018
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8642 san