19:43 13 Yanvar 2018
972 dəfə oxunub
Çap versiyası
...

Bərdədə Azərqazın fəaliyyəti vətəndaşlarda narazılıq yaradıb.Buna səbəb Azərqaz əməkdaşlarının əhaliyə təqdim etdikləri bildirişlərin keçmiş tarixə yazmasıdır. Noyabr ayından başlayaraq verilən bildirişlərdə sayğac göstəriciləri 15-20 gün əvvəlki tarixlər üzrə göstərilib. Ötən ilin son günlərində sosial şəbəkələrdə Azəriqazın bu sayaq hərəkətləri ciddi müzakirələr mövzusu olmuşdur. Hətta bəzi hüquq müdafiəçiləri ilin son günlərində, yəni dekabrın 27-28-də  Azəriqaz əməkdaşlarını dəvət edərək sayğac göstəricilərini qeyd etməyi tövsiyyə etmişdilər. Yoxsa abonentlərin cibinə ziyan dəyəcəyini bildirmişdilər.

Yeni ilin ilk iş günlərində Azəriqaz əməkdaşlarının əhaliyə verdikləri bildirişlərdə yenə də göstərilən tarixlər üzrə  geri çəkmə əməliyyatı aparılıb.04 yanvarda verilən bildirişdə son sayğac göstəricisi həmin günə aid olsada təqdim eləmə tarixi 30.12.2017-ci il göstərilib.Qeyd edək ki, qəbzdə son ödənilən məbləğdə 30.12.2017-ci il göstərilib. Bu da o deməkdir ki, vətəndaşın həmin günə görə borcu olmalı deyil.Qəbzin qeyri qanunu yazılmasını bundan aydın başa düşmək heç də çətin deyil.

Azəriqazın Bərdə ofisində olan əməkdaşımız qəbzlərin köhnə tarixə yazılmasının səbəbini öyrənmək istəyib.

Tərtər regional İdarəsinin rəis müavini Əbdül Əsədov informasiya verməkdən imtina edib. Məsələylə bağlı Azəriqazın Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə  müraciət etməyi tövsiyyə edib.Ancaq təəssüflər olsun ki, Azəriqazla telefon vasitəsilə  əlaqə saxlamaq cəhdləri heç bir fayda verməyib.

Bir neçə dəqiqə ərzində Azəriqazın ofisində olan əməkdaşımız xeyli sayda narazı vətəndaşlarla söhbət edib. Bərdə  rayon sakini İlqar Əsədov deyir ki, Azəriqazın əməkdaşları camaatı aldadırlar. Təzə ilin hesabına yandırdığımız qazı 20 qəpikdən  üstümüzə yazıb, cibimizə girirlər. Buna başqa ad vermək olmur. Bundan prezidentin xəbəri yoxdur. İndi biz qrup şəklində, burda neçə nəfər varsa hamımız birgə prezidentə şikatət yazacağıq.”

Musayev Faiq Etibar oğluda eyni aqibətlə üzləşib. Verilən bildirişdə son sayğac göstəricisi ötən ilin  son gününü göstərsədə faktiki olaraq sayğac  bu rəqəmi  yanvarın səkkizində qeydə alıb. Ona gərədə vətəndaşa  yeni ilin səkkizi  gününə görə limitdən əlavə qaz sərfiyyatı kimi qaz pulu 20 qəpiklə hesablanıb.

Azəriqazın Bərdə ofisindən  bu barədə mətbuta açıqlama verilməsədə  vətəndaşlara belə deyirlər: yeni ilin ilk günlərində qeyri iş günü olduğuna görə  sayğaclardakı göst əricilərin qeydiyyatını aparmaq mümkün olmayıb.Ona görədə saygac göstəriciləri köhnə tarixə görə yazılıb.

Narazı vətəndaş İlqar Əsədov  bildirir ki,  Azəriqaz əməkdaşlarının qeyri iş günü səbəbindən bildirişləri köhnə tarixə yazaraq yeni ilin ilk günlərinə görə limiti keçən vətəndaşlardan əlavə 10 qəpikdən qaz pulu tələb etmələri haqlı hesab edilə bilməz. Azəriqaz ya gücləndirilmiş iş rejimində işləyib ilin son günündə sayğac göstəricilərinin yekun rəqəmlərinin qeydiyyatını aparmalı, ya da istirahətləri hesabına yaranan gecikmiş sayğac göstəricilərinin yaratdığı pul fərqini vətəndaşların hesabına ödənilməsini deyil, öz hesablarından silinməsini təşkil eləməlidirlər.

Qeyd edək ki, Azəriqazın Bərdə ofisindən müsbət cavab almayan 10 nəfər vətəndaş ölkə başçısına müraciət etmək qərarına gəlib.//ARANTV.AZ

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5982 san