22:04 13 Yanvar 2018
332 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanın cənub-qərb magistral avtomobil yolunun tərkib hissəsinə aid olan Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunda təmir işləri yekunlaşıb.

 Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib.

 

Yenidənqurma işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə ikiqat olmaqla 12 sm. qalınlığında asfalt-beton örtüyü döşənib.

 

Yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.

 

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin yol boyu rahat və maneəsiz hərəkətini təmin edib.

 

Layihəyə uyğun olaraq yol boyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 ədəd avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yol boyu 2 710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sabah hava yağmursuz olacaq
14:10 19.06/2018
Sabunçu rayonunda yanğın
13:54 19.06/2018
 
Xəbər başlıqları
20-06-2018
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9259 san