12:45 14 Yanvar 2018
268 dəfə oxunub
Çap versiyası
...

Muzdlu işdə aylıq gəlir 2500 manatadək olduqda, onun 173 manatı vergidən azaddır.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən  bildirilib ki, mövcud qanunvericiliyə görə, fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi, yəni 173 manat gəlir vergisindən azaddır.

Bununla yanaşı, fiziki şəxslərin müəyyən kateqoriyalarına Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmış bəzi güzəşt və azadolmalar da nəzərdə tutulub.

Belə ki, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynlərinin əsas iş yerində hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri isə 100 manat məbləğində azaldılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:31 23.06/2018
 
Xəbər başlıqları
23-06-2018
23.06.2018 Neft bahalaşıb
22-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0565 san