08:45 15 Yanvar 2018
415 dəfə oxunub
Çap versiyası
...

İctimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında baş verən narazılıqlarla bağlı məsələni dəfələrlə gündəmə gətirmişik. Bu dəfə isə etiraza səbəb olan sürücünün yüksək səslə musiqiyə qulaq asması olub. O bununla bağlı sərnişinlərin iradlarına da məhəl qoymayıb. Bu 125 saylı marşurut xəttində "Bakubus”a məxsus avtobusda baş verib.

İçərisi sərnişinlə dolu olan avtobusda sürücü yüksək səslə musiqiyə qulaq asır.

Sərnişinlər bunu sürücüyə irad tutsalar da, o musiqinin səsini almır və yoluna davam edir

Görüntülər bu gün səhər saatlarında metronun 28 may stansiyasından lökbatana sərnişin daşıyan 125 saylı avtobusda çəkilib. Sözügedən avtobusun sərnişini olan Bayram Həmidli həmin anları lentə alıb.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu ''Bakubus'' Məhdud Məsuliyyətli Cəmiyyətlə əlaqə saxladıq. bildirildi ki, həmin görüntülərlə bağlı sabah şirkət araşdırma aparacaq və lazımı tədbirlər görüləcək

Bakı Nəqliyyat agentliyindən isə bildirildi ki, məsələ agentlik tərəfindən araşdırılacaq.

Qeyd edək ki, sözügedən faktla bağlı inzibati xətalar məcəlləsində cərimə sanksiyası nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, ictimai nəqliyyatda zəruriət olmadan audio avadanlıqlardan istifadə edən şəxslər 40-50 manat məbləğində cərimə edilməlidir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8178 san