09:55 16 Yanvar 2018
652 dəfə oxunub
Çap versiyası
...

Gürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 1 ədəd "X-inova", 7 ədəd "H-Mobile", 41 ədəd "Nokia" markalı mobil telefonlar, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd "Marlboro" adlı aksiz markasız siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağdaşda yanğın
08:47 17.08/2018
Bakıda yanğın
08:35 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0334 san