10:55 16 Yanvar 2018
293 dəfə oxunub
Çap versiyası
...

"Antalyasporun" yarımmüdafiəçisi Samir Nəsri 4 il müddətinə futboldan uzaqlaşdırıla bilər.

Buna fransız yarımmüdafiəçinin qanında qadağan olunmuş preparatın aşkarlanması səbəb olub.

Dopinq testi Nəsri hələ “Sevilya”da çıxış edərkən götürülüb. Futbolçu qanından aşkarlanan preparatın qadağan olunmadığını əsas gətirərək apellyasiya şikayəti versə də, UEFA onun istəyini rədd edib.

S.Nəsri isə bildirib ki, əgər onun qanında dopinq aşkarlansa, Los-Ancelesdə vitaminterapiya olunduğu klinikanı məhkəməyə verəcək: "Çünki klinikada məni əmin etmişdilər ki, vitamin qəbul edirəm" - deyə o qeyd edib. 

Hazırda Ümumdünya Anti-Dopinq Agentliyinin Nəsrinin işi ilə bağlı araşdırma aparır. 

Qeyd edək ki, S.Nəsri ötən ilin avqust ayında "Mançester Siti"dən "Antalyaspor"a keçib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ronaldo bu gün oynamayacaq
15:56 21.02/2018
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5296 san