11:11 16 Yanvar 2018
459 dəfə oxunub
Çap versiyası
...

 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb. Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə 5 ədəd - 2 ədəd “TOZ-16”, 1 ədəd “BUM”, 1 ədəd “Tula” və 1 ədəd “İJ” markalı tüfənglər götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov “İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib.

Silahlar aidiyyatı üzrə təhvil verilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağdaşda yanğın
08:47 17.08/2018
Bakıda yanğın
08:35 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5658 san