11:18 16 Yanvar 2018
458 dəfə oxunub
Çap versiyası
...

Avropa İttifaqı Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması üçün 200 milyon avro ayıracağını vəd verib.

İttifaq beynəlxalq aləmdə Ermənistanın "nüvəsizləşdirilməsini” dəstəkləyir.

Qəzetin yazdığına görə, Brüsselbunun qarşılığındaErmənistana ekoloji cəhətdən təmiz enerji istehsalınıninkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Bunun üçün rəsmi Yerevandan infrastrukturda islahat aparılması tələb olunur.

Qeyd edək ki, Metsamor AES-in tikintisinə 1960-cu ildə başlanılıb, 1976-ci ilin dekabrında isə istismara verilib. 1989-cu ildə Spitakdakı zəlzələ ilə əlaqədar AES-in fəaliyyəti müvəqqəti dayandırılmışdı. İndiyədək bu müəssisədə beynəlxalq qurumlar heç bir yoxlama keçirməyib.

2016-cı ilin əvvəlində Rusiyanın ayırdığı 270 milyon dollar kreditin və 30 milyon dollarlıq qrantın hesabına bu ilin yazında AES-in əsaslı təmir üçün 3-4 ay müddətinə dayandırılacağı haqqında məlumat verilmişdi. Ermənistan hökuməti 2014-cü ilin martında yeni nüvə energetika blokunun tikintisinin gecikməsi ilə əlaqədar bu stansiyanın 2026-cı ilədək istismar olunacağı haqqında qərar qəbul edib.

Azərbaycan, Türkiyə və İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciətinə baxmayaraq, Metsamor AES fəaliyətini hələ də davam etdirir. /report/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
AKP heyəti qəzaya düşüb
08:31 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.678 san