14:00 16 Yanvar 2018
358 dəfə oxunub
Çap versiyası
...

Oynamaq, rəqs etmək toy məclisləri, el şənliklərini əyləncəli və baxımlı edən əsas amillərdən biridir. Təəssüf ki, musiqi altında edilən hər hərəkəti də rəqs adlandırmaq olmaz. Bəzən bu yalnız fiziki əzələ oynatmalarından ibarət olur. Əvvəllər sərt texniki-dinamik hərəkətli rəqsləri yalnız kişilər edirdilərsə, son illərdə qadınlar da bu məsələdə kişilərdən heç də geri qalmırlar.

Strategiya.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qadınların kişilər kimi oynamaları haqda maraqlı reportaj yayımlanıb.


Yeniyetmə və gənc qızlar arasında şıdırğı rəqsi ilə meydanı boş qoymayanlar kifayət qədərdir. Qadınların bu cür kişi hərəkətləri ilə rəqs etmələri həm xoşagəlməz görüntünün ortaya çıxmasına səbəb olur, həm də Azərbaycan qadınına xas olan bəzi cəhətləri , incəlikləri gözdən salır. Cəmiyyət tərəfindən də bu hal müsbət qarşılanmır.


Sakin : Oğlanın oğlan, qızın da qız oyunu olar.

 

Sakin: Qız incədir. Ona incə oynamaq yaraşır. 

Ayaqyalın, üstəlik uyğunsuz hesab ediləcək geyimdə edilən rəqs nümunələri hətta estetik zövqümüzü də korlayır. Bu cür rəqs edənlərin sayının artması rəqslə məşğul olan peşəkarları da narahat edir. 

Xumar Əsədova- rəqs müəllimi : "Bu mövzu məni də çox narahat edirdi. Valideynlər özləri xahiş edirlər. Uşaqların özlərinin də marağı var. Əslində düzgün deyil. Qadının qadın rəqsi var".

Səriyyə Həzrətova- rəqs müəllimi : "10 il bundan qabağ "Vağzalı" istəyirdilər, indi ritm istəyirlər. 80-90% valideynlərin təsiri var".

Çingiz Novruzəliyev - rəqs müəllimi : "Rəqsə gələn uşaq kimdənsə görür, bəyənir. O da istəyir ki, o cür oynasın".

Milli folklorumuzda qadın və kişi rəqsləri hərəkət elementlərinə görə fərqlənir. Azərbaycan qadın rəqs elmentlərininin əsasını ayaqların düz hərəkəti, bütün diqqətin əl və çiyinlərə yönəlməsi, başın və üzün hərəkəti təşkil edir. Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır . Lakin zaman keçdikcə qızların oğlan rəqsinə marağının artması milli rəqslərimizin əsrlərdən bəri formalaşmış xarakterik xüsusiyyətlərini, gələcək taleyini də sual altında qoyur. 

İndi rəqs edənlərdə isə emosiya həddindən artıq çoxdur. Rəqs incəsənətdir. İncəsənət isə mədəniyyət. Bu baxımdan istər toyda, istər də səhnədə mədəniyyətin bir parçası olan rəqsləri layiqincə təbliğ etməliyik.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5622 san