16:30 16 Yanvar 2018
671 dəfə oxunub
Çap versiyası
...

Bəzi insanlar öldükdən sonra bədənlərini dondurub gələcəkdə geri qayıtmağı ümid edirlər.

Strategiya.az xəbər verir ki, Denis Kowalski adlı adam və ailəsi kriyoprezervasyon adlı bu gedişat üçün 140 min dollar ödəyib.

Cryonics firması yenidən diriltmək üçün insan bədənini aşağı dərəcələrdə uzun müddət qoruyur. Firma 160 insan bədənini və 100 ev heyvanını dondurulmuş şəkildə saxlayır. Kowalski ailəsi də bu dünyada ikinci bir şansları olacağına ümid edib. Firma 140 min dollar qarşılığında öldükdən sonra onların bədənlərini donduracaq.

Proses insan ölü elan edildikdən sonra başlayır və bədən ilk olaraq buz qabına qoyulur. Daha sonra meyit Michigandakı Cryonics İnstitunun şirkət mərkəzinə daşınır və buxarlaşan bir soyutma otağına aparılır. Sonra bədən gələcəkdə oyandırmaq ümüdü ilə xüsusi bir saxlama qabına qoyulur.

Bir çox mütəxəssis bu bədənlərin həyata dönəcəklərinə ümid olmadığını bildirib. Dennis Kowalski isə bu proses üçün "İtiriləcək şey çox az, amma qazanılacaq olan çoxdur " deyib.

Proqrama qeydiyyatda 2 min insan olduğu bildirilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.6007 san