15:15 16 Yanvar 2018
471 dəfə oxunub
Çap versiyası
...

Zaqatalada gecə saatlarında bir nəfərin ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 110-cu kilometrliyində qeydə alınıb.

Zaqatala rayonu Əliabad qəsəbə sakini, 56 yaşlı Ruşan Hudulov idarəetdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, Zaqatala-Bakı marşutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyib. Nəticədə ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılıb. 
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən Ruslan Hudulovun vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.



Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağdaşda yanğın
08:47 17.08/2018
Bakıda yanğın
08:35 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0695 san