17:37 16 Yanvar 2018
673 dəfə oxunub
Çap versiyası
...

Serbiya Prezidenti Aleksandar Vuçiç “Azadlıq, demokratiya, həqiqət” vətəndaş təşəbbüsünün lideri Oliver İvanoviçin Kosovada qətlə yetirilməsini terror aktı adlandırıb.

Strategiya.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Vuçiç bunu ölkənin Təhlükəsizlik Şurasının təcili iclasından sonra xalqa müraciəti zamanı deyib.

“Oliver İvanoviçin qətli terror aktıdır və biz buna terror aktı kimi yanaşacağıq”, - deyə prezident bildirib.

Xatırladaq ki, Kosova serblərinin liderlərindən biri olan Oliver İvanoviç yanvarın 16-da öz partiyasının binasına girərkən sui-qəsdə uğrayıb. Onun vəkili siyasətçinin beş güllə yarası aldığını, xəstəxanaya çatdırılsa da, həyatını xilas etməyin mümkün olmadığını deyib.

Siyasətçi vaxtilə Serbiya hökumətində Kosova və Metohiyanın işləri üzrə nazirlikdə dövlət katibi işləyib. Həmin regionda 1999-cu və 2000-ci illərdə mülki alban vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərdə ittiham olunaraq 2016-cı ildə 9 il həbs cəzasına məhkum edilib. Ötən ilin fevralında birinci instansiya məhkəməsinin bu hökmü ləğv olunub və yeni məhkəmə prosesi başlayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9813 san