21:42 16 Yanvar 2018
205 dəfə oxunub
Çap versiyası
...

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin Layihələşdirilməsi” formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, “Qətiyyətli Dəstək” formatında keçirilmiş görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.

“Stabilliyin Layihələşdirilməsi” formatında keçirilmiş görüşdə isə, Avropanın cənub qonşuluğunda təhlükəsizlik və stabilliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4713 san