10:36 17 Yanvar 2018
905 dəfə oxunub
Çap versiyası
...

Qazaxıstanda dilçilər prezident Nursultan Nazarbayevin latın əlifbasına keçidlə bağlı qərarını dəstəkləmir.
 
Dilçi ekspertlərin əsas şikayəti Latın qrafikasına keçiddən sonra əlifbada apostrof problemi ilə bağlıdır.
 
Dilçilər nümunə olaraq bildirir ki, latın qrafikasına keçəndən sonra Qazaxıstan Respublikasının adı "Qazaqstan Respy`bli`kasy” kimi yazılacaq. Həmçinin "Albalı" sözü "s'i "i'e” kimi yazılacaq.
 
Dil komissiyasının rəhbəri Erden Kajıbek deyib ki, qərar barədə eşidəndə alimlər şoka düşüb. Dilçilər bu problemin həlli ilə bağlı bir neçə təklif irəli sürsələrsə də, müsbət cavab almayıblar.
 
Xatırladaq ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dilinin latın qrafikalı əlifbaya mərhələli keçidi haqqında fərman imzalayıb. Fərmana əsasən, Qazaxıstan əlifbasının latın qrafikasına keçid prosesini təmin etmək üçün milli komissiyanın yaradılması barədə göstəriş verilib.
Fərman Qazaxıstanın 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçməsini nəzərdə tutur.
Qazaxıstanda 1920-ci ilədək ərəb əlifbasından istifadə edilib. 1920-si ildə latın qrafikalı əlifbaya, 1940-cı ildən isə 42 hərfli kiril əlifbasına keçilib. /apa/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
AKP heyəti qəzaya düşüb
08:31 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2134 san