09:32 18 Yanvar 2018
211 dəfə oxunub
Çap versiyası
...

Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Belə ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində əməliyyat tədbirləri həyata keçirilib.

Uğurlu əməliyyat tədbirləri nəticəsində Mirbağır Ağazadə küçəsi, ev 42-də yaşayan, Salyan şəhər sakini, 59 yaşlı İbrahim Məmədov şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı İbrahim Məmmədov törətdiyi cinayəti etiraf edib. İbrahim Məmmədov əvvəllər də narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb.

İbrahim Məmədov – Saxlanılan şəxs: “And olsun Allaha, yeri göyü yaradana ona əlimi də vurmaram. Ona görə ki, gəldim bura çıxdım, özüm özümə nifrət etdim”.

Hazırda faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Gecə Bakıda qətl
21:44 21.02/2018
Sabahın havası
12:25 21.02/2018
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5031 san