17:12 18 Yanvar 2018
207 dəfə oxunub
Çap versiyası
...

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. Bu səbəbdən də yanvarın 19-da İrəvanda hakim rejimin səriştəsizliyinə qarşı ümumxalq itaətsizliyi yürüşü planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, “Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan parlamentin iclasında əhali ayağa qalxacağı təqdirdə heç bir qüvvənin bunun qarşısını ala bilməyəcəyini söyləyib. O deyib ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır. Bu da vətəndaşların səbir kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır. İllər keçir, amma ölkədə heç nə dəyişmir.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hökumətinə münasibətin göstəricisidir. Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq.

Politoloq Oleq Kusbnetsov qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır. Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə siyasi rejim dəyişsə belə problemləri həll etmək iqtidarında deyil. Çünki hakimiyyətdə bir millətçi qrup digərini əvəz edəcək. Belə olan halda isə yaxşıya doğru heç nə gözləməyə dəyməz.

Ermənistan mətbuatı isə hərbi-siyasi repressiyaların güclənəcəyini yazır. Bu isə işğalçı ölkədə ilk hal deyil. Ermənistan hakimiyyəti narazı vətəndaşlarını silah gücünə susdurmağa artıq adət edib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı
23.02.2018 Neft ucuzlaşıb
22-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3879 san