17:39 18 Yanvar 2018
531 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Qarayev adına Fiziologiya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

İnstitutdan  bildirilib ki, elmi işlər üzrə direktor müavini, professor Əhməd Hacıyev suverenliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı keçmiş sovetlər birliyinin rəhbərliyi tərəfindən 28 il əvvəl törədilmiş qırğınlardan söz açıb. Professor bildirib ki, bu qırğınlar xalqımızı mənəvi cəhətdən sarsıdıb itkilərə məruz qoysa da, onun mənliyini, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov “20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda məruzə ilə çıxış edib. Professor qanlı hadisənin xronikası, Azərbaycanda və dünyada ona verilən hüquqi və siyasi qiymət haqqında fikirlərini bölüşüb. Ə.Cəfərov 1988-ci ildən başlanan hadisələri erməni mafiyasına xidmət edən qüvvələrin mürtəce siyasəti kimi dəyərləndirib.

Tədbirdə biologiya üzrə fəlsəfə doktorları Afiq Qazıyev və Zenfira Qədimova, Qarabağ müharibəsi veteranı Xanağa Babayev 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Həcc ziyarəti başlandı
10:23 17.08/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.836 san