Altay Həsənov: Mehriban Əliyeva AGF-nin prezidenti seçildikdən sonra gimnastika növlərinin inkişafı üçün çox böyük işlər görülüb

18:15 / 26.12.2017

Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına (AGF) prezident seçildikdən sonra gimnastika növlərinin inkişafı üçün çox böyük işlər görülüb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov AGF-nin 15 illik yubileyinə həsr olunmuş 8-ci Ümumi Yığıncaqda 2017-ci il üzrə hesabatı, о cümlədən yubileylə əlaqədar 15 il üzrə hesabatı təqdim edərkən deyib.

Bu il federasiyanın 15 illik yubileyinin qeyd edildiyini bildirən A.Həsənov qeyd edib ki, 2002-ci ildə AGF yenidən qurulduqdan və hazırda ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva AGF-yə prezident seçildikdən sonra gimnastika növlərinin inkişafı məqsədilə qarşıya qoyulan planları həyata keçirmək üçün çox böyük işlər görülüb.

AGF-nin vitse-prezidenti ötən 15 ilin əsas məqamına toxunub: “Əgər ilk illərdə federasiyanın fəaliyyəti özündə 3 gimnastika növünü - bədii gimnastika, kişi idman gimnastikası və akrobatika gimnastikasını birləşdirirdisə, bu gün fəaliyyətimizə Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan gimnastikanın daha üç yarış növü - qadın idman gimnastikası, batut gimnastikası, aerobika gimnastikası və 1 qeyri-yarış növü olan “Gimnastika hamı üçün” daxildir”.

A.Həsənov Bakıda bədii gimnastika üzrə ilk Dünya Kubokunun 2003-cü ildə keçirildiyini xatırladıb: “Sonra 2004 və 2005-ci illərdə daha iki Dünya Kuboku və müstəqil Azərbaycanın tarixində və ümumiyyətlə, keçmiş sovet dövlətləri ərazisində ilk dəfə olaraq dünya çempionatını təşkil etdik. Bədii gimnastika üzrə Avropa çempionatlarını ölkəmizdə 2007, 2009 və 2014-cü illərdə keçirdik. 2013-cü ilin sonundan daha 4 gimnastika növünü inkişaf etdirməyə başladıqdan sonra 2016-cı ildən etibarən 3 Olimpiya növü üzrə Dünya Kuboku yarışlarına iki il ardıcıl olaraq ev sahibliyi etdik. Bu il təşkil olunan İslam Həmrəyliyi Oyunları çərçivəsində 3 gimnastika növü üzrə yarışlar AGF tərəfindən və onun Yerli Təşkilat Komitəsi tərəfindən idarə olundu. Keçirilən hər bir yarışla təcrübəmiz artdı, yarışların keçirilmə səviyyəsi yüksəldi və artıq yarış iştirakçıları ölkəmizi tərk etdikdən sonra uzun müddət bizim yarışları, Bakıda keçirdikləri günləri xoş xatirələrlə yada salır”.

AGF-nin vitse-prezidenti bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Olimpiya Oyunlarının gimnastika növləri üzrə yarışlardan ilk dəfə bədii gimnastika yarışlarında 2004-cü ilin Afinada keçirilən Olimpiya Oyunlarında gimnast Anna Qurbanova ilə təmsil olunub: “Daha sonra 2008-ci ilin Çində təşkil olunan Olimpiya Oyunlarında artıq fərdi proqramda çıxış edən və çoxnövçülük finalında 6-cı yeri qazanan Aliyə Qarayeva ilə yanaşı, qrup hərəkətləri komandası da debüt etdi və çoxnövçülük finalında 7-ci yerdə qərarlaşdı. 2012-ci ilin London Olimpiadasında bədii gimnast Aliyə Qarayeva ilə yanaşı, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin gimnastika tarixində ilk dəfə olaraq, gimnast Şakir Şixəliyev Londonda baş tutan Olimpiya Oyunlarının idman gimnastikası üzrə yarışlarında iştirak etdi. Rio-2016 Olimpiya Oyunlarında bədii gimnastikada Azərbaycanı Marina Durunda təmsil edərək dünyanın 10 ən güclü idmançısı sırasında çoxnövçülük finalında çıxış etdi. Həmin Oyunlarda Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq ölkəmizi 2 gimnast - Oleq Stepko və Petro Paxnyuk təmsil etdilər. Oleq Stepko ölkənin kişi idman gimnastikası arixində ilk dəfə olaraq Rio Olimpiadasmın çoxnövçülük finalında 24 ən güclü idmançı ilə bərabər iştirak etmək hüququ qazandı.

Bu illər ərzində bədii gimnastikada Azərbaycan idmançısı Aliyə Qarayeva Avropa çempionu adını qazandı, gimnastlarımız fərdi proqramın ayrı-ayrı alətlər üzrə finalında, çoxnövçülükdə və komanda hesabında böyüklər arasında Avropa və dünya çempionatlarının medalçıları sırasında oldular. 2014-cü ildə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət qrup hərəkətləri komandamız ilk dəfə olaraq Avropa çempionatının gümüş medalına layiq görüldü, gimnast Marina Durunda 2015-ci ilin Avropa çempionatında bürünc medal, daha sonra isə İlk Avropa Oyunlarında gümüş medal qazandı. Bu il Bakıda ev sahibliyi etdiyimiz İslam Həmrəyliyi Oyunlarında gimnastlar Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova komanda hesabında qızıl, Marina Durunda, Jalə Piriyeva isə ayrı-ayrı alətlər üzrə finallarda ümumilikdə daha 7 medal qazandı”.

Gənc idmançılara gəlincə, A.Həsənov qeyd edib ki, gənclərdən ibarət yığma komandamız həm fərdi, həm də qrup hərəkətləri komandası tərkibində 2009-cu ildən etibarən 6 il ardıcıl olaraq Avropa çempionatlarından medallarla qayıtdı: “Kişi idman gimnastikasında İlk Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda 5 medal əldə olundu. 2015-ci ilin dünya çempionatında müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq gimnast Oleq Stepko paralel qollar üzərində final hərəkətlərə görə bürünc medal qazandı. 2016-cı ildə Azərbaycanın kişi idman gimnastikası tarixində ilk dəfə olaraq ölkəmiz Avropa çempionatında gənclər arasında komanda hesabı yarışlarında iştirak etdi. Builki İslam Həmrəyliyi Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas komanda hesabında gümüş, ayrı-ayrı alətlər üzrə finallarda isə ümumilikdə 5 medal qazandılar”.

Onun sözlərinə görə, qadın idman gimnastikası 2013-cü ilin sonundan inkişaf etdirilsə də, 2014-cü ildə Azərbaycan yığma komandasının debüt etdiyi qadın idman gimnastikası üzrə Avropa çempionatında ölkə təmsilçisi Anna Pavlova dayaqlı tullanma hərəkətlərinin finalında gümüş medal qazandı: “Son dörd il ərzində gimnastlarımız Marina Nekrasova, Krsitina Pravdina, Yuliya İnşina Dünya kuboklarında mükafatçılar sırasına daxil oldular. Ölkəmiz bu növ üzrə İlk Avropa Oyunlarında və dünya çempionatlarında təmsil olunub, bu il Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova komanda hesabında qızıl, ayrı-ayrı alətlər üzrə finallarda isə ümumilikdə 5 medal əldə etdilər”.

A.Həsənov deyib ki, 2013-cü ilin sonundan inkişaf etdirilən batut gimnastikasında da müəyyən nəticələr əldə olunub: “İlk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlarda İlya Qrişunin fərdi çıxış finalında bürünc medal qazandı. 2016-cı ilin Avropa çempionatında gimnastımız Dmitriy Fedorovskiy Azərbaycanın debüt etdiyi ikili-mini batut yarışlarında bürünc medal eldə etdi. Bu il batut gimnastikası və tamblinq üzrə 25-ci Dünya Yaş Qrupu Yarışlarında Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq bu qəbildən olan yarışlarda tamblinq cığırında gimnastımız Mixail Malkin 31 iştirakçı arasında qalib gələrək qızıl medal qazandı. О cümlədən 2017-ci ilin Ümumdünya Oyunlarında sinxron cütlük Svetlana Makştarova və Veronika Zemlyanaya gümüş medal əldə etdi.

Akrobatika gimnastikasında 2009-cu ilin Avropa çempionatmda Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət qadın cütlüyü qızıl, gümüş və bürünc medala layiq görüldü. 2015-ci ilin Avropa Yaş Qrupları Yarışlarında Seymur Cəfərov və Murad Əkpərovdan ibarət kişi cütlüyü Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq belə növ tumirdə qarışıq hərəkətlər üzrə finalda gümüş medal qazandı. Həmin yarışlarda Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük qarışıq hərəkətlər üzrə finalda bürünc medala layiq görüldü. 2016-cı ildə akrobatika gimnastikası üzrə 9-cu Ümumdünya Yaş Qrupu Yarışlarının qarışıq hərəkətlər üzrə finalında kişi cütlüyü və qarışıq cütlük ölkənin gimnastika tarixində ilk dəfə olaraq belə növ turnirdə gümüş medal qazandı. 2017-ci ilin Avropa çempionatında qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı balans hərəkətləri və çöxnövçülükdə bürünc, Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı temp proqramı üzrə bürünc medal qazandılar”.

AGF-nin vitse-prezidenti 2013-cü ildən ölkəmizdə aerobika gimnastikasının da inkişaf etdiyini qeyd edib: “2015-ci ildə İlk Avropa Oyunlarının aerobika gimnastikası üzrə yarışlarında Azərbaycan təmsil olundu. Bu ilin aerobika gimnastikası üzrə Avropa çempionatında milli komandamız ilk dəfə olaraq 3 proqramda çıxış etdi və hər 3 kateqoriya üzrə finala yüksəlməyi bacardı. 2015-ci ildə Helsinkidə (Finlandiya) keçirilən 15-ci Ümumdünya Gimnastradasında Azərbaycan gimnastlarının iştirakı ilə gimnastikanın 7-ci, qeyri yarış növü olan "Gimnastika hamı üçün" növünün ölkəmizdə əsası qoyuldu”.

Bütün gimnastika növləri üzrə yığma komandalarımızın məşqlərinin hazırda Milli Gimnastika Arenasında (MGA) keçirildiyini bildirən A.Həsənov xatırladıb ki, 2014-cü ilin aprel ayında Azərbaycan Prezidenti İlham Əliyev və AGF-nin prezidenti Mehriban Əliyevanın iştirakı ilə bu unikal idman qurğusunun açılış mərasimi keçirildi. Bu arena təkcə yarış məkanı kimi deyil, həm də xarici gimnastların sevimli təlim-məşq toplanışı məkanı kimi dünyada tanınır. Burada beynəlxalq standartlara cavab verən müasir gimnasta lazım olan hər cür şərait var:

“Sevindirici haldır ki, bütün gimnastika növləri üzrə milli yarışlarda yetişən gənc nəsil gimnastlarının çıxışlarını izləyirik. Gimnastika növləri üzrə bölmələrə axın müşahidə olunur. Artıq bu gün Bakı ilə yanaşı Azərbaycanın 16 regionunda gimnastika növləri üzrə bölmələr fəaliyyət göstərir. 2014-cü ildə bədii gimnastika üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı çərçivəsində gimnastika tarixində ilk dəfə olaraq "Bölgələrarası Kubok" keçirildi”.

AGF-nin vitse-prezident bu illər ərzində yerli hakim və məşqçilərin ixtisasının artırılması üçün bir çox işlərin görüldüyünü vurğulayıb: “Onlar üçün yerli məşqçilik və hakimlik kursları təşkil olundu. Bundan əlavə, 2013-cü ildə Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Akademiyası mütəxəssisləri tərəfindən 1-ci səviyyəyə aid bədii gimnastika üzrə məşqçilik kursları keçirildi. 2014-cü ildə isə artıq 2-ci səviyyəyə aid bədii gimnastika üzrə məşqçilik kursları təşkil olundu. İlk beynəlxalq hakimlik kursları 2007-ci ildə kişi idman gimnastikası üzrə keçirildi. 2014-cü ildə Bakıda ilk dəfə batut gimnastikası və qadın idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olundu. 2017-ci ildə ilk dəfə olaraq Bakıda Beynəlxalq Gimnastika Federasiyasının Bədii Gimnastika üzrə Qitələrarası Hakimlik Kursları uğurla keçirildi. Daha sonra bədii gimnastika üzrə və kişi idman gimnastikası üzrə Beynəlxalq Hakimlik Kursları Bakıda uğurla təşkil edildi. Sevindirici haldır ki, hazırda bədii gimnastika üzrə bizim 19 beynəlxalq dərəcəli hakimimiz var”.

A.Həsənov əlavə edib ki, Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq Rza Əliyev 2016-cı ildə kişi idman gimnastikası üzrə keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə etdi:

“Qadın idman gimnastikası, batut gimnastikası və aerobika gimnastikası bizim üçün yeni növlər olsa da, artıq bu gimnastika növləri üzrə hakimlərimiz var. Sevindirici haldır ki, Kamil Quliyev bu ilin batut gimnastikası üzrə dünya çempionatında ilk Azərbaycan hakimi olaraq çıxışların qiymətləndirilməsində iştirak etdi.

2007-ci ildən etibarən AGF-nin nümayəndələri Beynəlxalq Gimnastika Federasiyası daxilində təmsil olunmağa başlayıb. Hazırda AGF-nin beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev FIG-nin Apellyasiya Tribunalının üzvüdür. 11 il ərzində AGF-nin baş katibi olmuş Fərid Qayıbov ilk dəfə 2008-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının Şurasına üzv seçildi, 2012-ci ildə həmin Şuraya yenidən seçildi, sonra isə 2013-cü ildə Avropa Gimnastika İttifaqına vitse-prezident seçildikdən sonra həmin üzvlükdən imtina etdi. Son günlərdə isə Avropa Gimnastikası İttifaqına keçirilən prezident seçkilərində onun qalib gəlməsi beynəlxalq arenada Azərbaycan gimnastikasının böyük nüfuzundan xəbər verdi”.

A.Həsənov bildirib ki, Bu il Bakıda ilk dəfə olaraq Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəhbər orqanının tədbiri - FIG Şurasının iclasları keçirildi: “Həmin Şura çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva Olimpiya idman növü olan gimnastikanın inkişafındakı böyük xidmətlərinə görə FIG-nin yüksək mükafatı ilə təltif olundu.

Bu gün biz fəxrlə deyə bilərik ki, AGF son 3 ildə ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılan federasiyalar siyahısına daxil olub. Gördüyünüz kimi, 15 il ərzində AGF həm milli səviyyədə, həm də beynəlxalq arenada bir çox uğurlara imza atıb. İndi ən əsas məqsədimiz əldə olunan səviyyəni qoruyub saxlayaraq, gimnastika növlərini daha da inkişaf etdirməkdir”.//Trend


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM