19:12 18 Yanvar 2018
583 dəfə oxunub
Çap versiyası
...

“Kəpəz” futbol klubu ölkə çempionatının qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vuraraq Türkiyəyə yollanıb.

Strategiya.az xəbər verir ki, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq.

“Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək. Türkiyə toplanışı dövründə komandamız yanvarın 22-də Rumıniyanın “Viitorul”, üç gün sonra Koreya Respublikasının “Daejeon Citizen”, yanvarın 28-də Polşanın “Yagelloniya” və yanvarın 31-də isə Serbiyanın “Spartak” (Subotiça) klubları ilə qarşılaşacaq.

“Kəpəz” fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq Vətənə dönəcək.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.5125 san