21:48 18 Yanvar 2018
294 dəfə oxunub
Çap versiyası
...

Cəlilabadda orta əsrlərə aid qəbiristanlıq hələ də qorunub saxlanılır. Tarixi məlumatlara görə təpəlik ərazidəki məzarlar XV əsr süfi müridlərinə məxsus qəbirlərdir. Qəbiristanlıqda baş daşlarının forması da qeyri-adidir.

Buradakı baş daşlarının əksəriyyəti papaq formasındadır.

Cəlilabad rayonunun Xanəgah kəndində yerləşən orta əsrlərə aid qəbirlər bu gün də qorunub saxlanır. Buradakı qəbirlərin üst hissəsinin papağı xatırlatması sufilərin bu formada dəridən papaq geyməsi ilə bağlı olduğu ehtimal olunur.

Maraqlıdır ki, bəzi baş daşıları üzərində ərəb dilində yazılı nümünələrlə yanaşı müxtəlif təsvirlər də əks olunub.

Təsvirlərdən daha ayın seçiləndlərindən biri bayrağı xatırladır. Bu da ki, burada dəfn olunan şəxsin döyüş zamanı bayraqdar olmasını bildirir.

Məzarlıqda dəfn olunan şəxslərin döyüş zamanı həlak olmuş sufilər olduğu ehtimal olunur.Tarixi faktlalar da sufilərin Cənubi Azərbaycan ərazisindən Şimala -Şirvanşahlar dövlətinə doğru hərəkət edərək onlarla döyüşdüklərini göstərən fakatlar mövcuddur. Təpəlik ərazidə yerləşən məzarlıq mütəxəssilər tərəfindən indiyə kimi araşdırılmayıb.Tarixçilərin sözlərinə görə sufi mərzarlığının tədqiq olunması maraqlı tarixi faktları üzə çıxara bilər.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5098 san