08:39 19 Yanvar 2018
459 dəfə oxunub
Çap versiyası
...

Ermənistandan sabahdan bahalaşmaya qarşı kütləvi etiraz dalğası başlayır. Yeni ildə enerji daşıcılarının qiymətini və vergiləri yüksəldən sarkisyan rejiminə qarşı ermənistan xalqı sabah küçələrdə olacaq. Sosial partlayışın son həddində olan siyasi böhran da artıq qaçılmaz hal alıb.

Ermənistan sosial partlayışın ən pik həddinə çatıb. Belə ki, sabahdan Ermənistan paytaxtında bahalaşma əleyhinə kütləvi etiraz aksiyası keçiriləcək.

Ermənistandakı bu etiraz nümayişlərinin əsaslı səbəbləri var. Belə ki, cari ilin yanvar ayının 1-dən etibarən Ermənistanda gündəlik tələbat mallarının, benzinin, maye qazın bahalaşması gərgin olan situasiyanı kuliminasiya həddinə çatdırıb. Son dərəcə agır vəziyyətdə yaşayan və minimal ehtiyaclarını belə ödəyə bilməyən ölkə əhalisi hökümətin yeni vergi məcəlləsinə dəyişiklik etməsinə radikal təpki göstərir. Bir tərəfdən əhalinin cibini yüksəldilmiş yeni tariflərlə boşaldan hökümət, ikinci bir tərəfdən də artan vergi rüsumları ilə sanki insanların son qəpik-quruşunu da talan etməyi özünə məqsəd seçib.

Elə məhz Sarkisyan rejiminin hətta öz xalqına qarşı belə amansız siyasətinə qarşı parlamentdə "Yelk" fraksiyasının deputatları insanları bahalaşmaya qarşı küçələrə çıxmağa çağırmışdılar. Deputatlar hökümətə iqtisadi vəziyyəti stabilləşdirmək üçün dəfələrlə zəruru tədbirlərin görülməsini təklif etsələr də ötən il bununla bağlı rejimin heç bir addım atmadığını bildiriblər.

Ermənistanda qiyamın qaçılmaz oldugunu deyən politoloq Levon Şirinyan ölkənin institusional inkişaf etmədiyini, ancaq oliqarxlar və hərbi rəhbərlik tərəfindən idarə edildiyini diqqətə çatdırararq əhalini kütləvi itaətsizliyə çagırış edib.

"Yelk" blokunun üzvlərindən olan Nikol Paşayan isə bildirib ki, yanacağın bahalaşması ilə ölkədə inflyasiya səviyyəsi 30 faizə yüksələcək. Bu isə əhalinin sonu deməkdir. Bunun tək yolu isə xalqın küçələrə çıxaraq təzyiq etməklə höküməti vergi məcəlləsindəki dəyişiklikləri ləğv etdirməkdir.

Ermənistanda kütləvi etirazlar və qiyam təhlükəsi o qədər böyüyüb ki, hətta bu Rusiya və ABŞ kimi ölkələrin fəallığını artırması ilə nəticələnib. Belə ki, ABŞ səfiri Ermənistanın müdafiə naziri ilə görüşüb. Ekspertlər ABŞ-ın bu ölkənin müdafiə naziri Viqen Sarkisyanı prezident kürsüsündə görmək istədikləri, həmçinin ayağa qalxan xalqa qarşı ordunun müdaxilə edib-etməyəcəyini müəyyən etmək üçün bu görüşün keçirildiyini düşünürlər. Çünki xalqı gülləbaran etmək sahəsində artıq Ermənistan rejiminin yaxın keçmişdə böyük təcrübəsi mövcuddur. 2008-ci il martın 1-də İrəvanda dinc etirazçılara ordu qüvvələri tərəfindən atəş açılaraq 8 nümayişçinin öldürülməsi deyilənlərə əyani misaldır. Analoji hadisənin Sarkisyan rəhbərliyindəki hərbi xuntanın yenidən təkrarlayacağı isə heç kimdə şübhə doğurmur.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7835 san