08:30 20 Yanvar 2018
354 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

2017-ci il başa çatır. İlin axırında olub keçənlərə yekun vurmaq məqamıdır. Ötən il ərzində ölkənin ictimai-iqtisadi, siyasi və mədəni həyatında əhəmiyyətli hadisələr baş vermiş, bütün sahələrdə xeyli nailiyyətlər əldə edilmişdir. Müstəqilliyin növbəti ili arxada qaldı. Bu il ərzində Azərbaycan həm daxili həyatında, həm də dünya miqyasında öz yerini daha da möhkəmləndirmişdir. İqtisadi inkişaf sahəsində sonuncu illərdə atılan addımlar bu vaxta qədər əldə olunmuş nəticələrin üzərində təşəkkül tapmış, müstəqil iqtisadiyyatın qurulması və inkişafı prosesində mühüm bir mərhələni təşkil etmişdir. Ölkə iqtisadiyyatının mühüm sahələrindən birini təşkil edən kənd təsərrüfatının dirçəldilməsi, ona külli miqdarda investisiyaların yönəldilməsi, zəifləmiş bir sıra kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin bərpası və müasir dövrün standartlarına uyğun səviyyədə yenidən qurulması, onun dünya bazarına çıxarılması problemlərinin qoyulması və həlli istiqamətində tədbirlər görülməsinin məqamı çatmışdır. Faktiki olaraq Azərbaycanın iqtisadi potensialının dirçəldilməsi və tam gücü ilə işləməsi üçün real addımlar atılır. Ölkənin sənaye və kənd təsərrüfatı məhsullarının dünya bazarına çıxarılması, Azərbaycan brendinin formalaşdırlması yönəmində ciddi işlər görülmüşdür. Son ildə pambıqçılıq, üzümçükük-şərabçılıq, tütünçülük və digər sahələrin genişləndirilməsi və əsaslı şəkildə yenidən qurulması, onların becərilməsindən tutmuş satışına qədər dövlət qayğısı ilə əhatə olunması kənd təsərrüfatında əsaslı dönüş üçün zəmin yaradır.
Azərbaycanın sənaye potensialının dirçəldilməsi üçün müasir sənaye parklarının yaradılması iqtisadiyyatın neft amilindən asılılığının azaldılması üçün atılan vacib addımlardır. Azərbaycan sənayesinin məhsulları öz ixrac imkanlarını genişləndirir.
Qonşu dövlətlərlə ticarət-iqtisadi əlaqləri güclənib. “Made in Azerbaycan” brendinin dünya iqtisadi məkanında təşviqi və dəstəklənməsi artıq öz nəticələrini verməkdədir.
Turizm sahəsində irəliləyiş göz qabağındadır. Cari ildə ölkəyə gələn turistlərin sayının göstəriciləri bu sahədə artan inkişaf dinamikasını bir daha təsdiq edir.
Azərbaycanın beynəlxalq enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində gücü artmaqdadır. Neft strategiyasının reallaşması ilə öz potensialını təsdiq etmiş Azərbaycan həmin kursu tam gücü ilə davam etdirməkdədir. Bu layihələrin miqyası daha da genişlənmiş, yeni-yeni sahələri əhatə etmiş, onun şaxələnməsi istiqamətində xeyli irəliləyiş əldə edilmişdir. Bütün bu işlərin sayəsində Azərbaycan dünyanın iqtisadi durumunda öz yerini daha da möhkəmləndirmiş, regionun vühüm geosiyasi və geoiqtisadi aktoruna çevrilmişdir. 2017-ci il bu sahədə yenilikləri və əlavələri ilə yadda qalmışdır. Bu ilin sentyabr ayında 1994-cü ildə əsası qoyulmuş “Əsrin müqaviləsi”nin müddətinin uzadılması haqqında yeni sazişin imzalanması, dünyanın nəqliyyat sistemində nəhəng nəqliyyat layihəsinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması üçün görülən işlər yüksəlişin mühüm göstəriciləridir.
Azərbaycan müstəqil dövlət olaraq eyni zamanda müasir dünyada humanist ideyaların təlqin edildiyi bir mərkəz kimi çıxış etmişdir. Dünyada, xüsusən regionda milli, dini zəmində düşmənçilik zəminində münaqişələrin qızışdırıldığı bir zamanda Azərbaycam multikulturalizm, xalqların dinc-yanaşı yaşaması, bütün xalqların hüquqlarının tanınması və dəstəklənməsi mövqeyindən çıxış edir. Əvvəlki illərdə olduğu kimi, Bakı yenə də regionda qarşıdurmaların aradan qaldırılması, ikitərəfli, üçtərəfli və çoxtərəfli görüşlərin keçirilərək regionun qlobal problemlərinin həlli yollarının müzakirə edildiyi bir məkan rolunu oynayır. 2017-ci ildə də bu ənənəvi xətt davam etdirilmişdir.
Qeyd edək ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “İslam həmrəyliyi ili” elan olunmuşdu. Müasir dövrdə bu çağırışın əhəmiyyəti çox böyükdür. Bir daha qeyd etmək vacibdir ki, islam dünyası son bir neçə onilliklər ərzində daha çox təzyiqlərə, böhtanlara, düşmənçilik təbliğatına məruz qalır, terrorçu münaqişə ocaqlarına çevrilir, əsassız ittihamlarla hərbi müdaxilə obyektinə çevrilirlər. Belə bir mürəkkəb vəziyyətdə islam dünyasının haqqını müdafiə etmək, ona qarşı atılan böhtanları və təxribatları ifşa etmək, islam ölkələrinin vahid mövqedən çıxış etməsinə nail olmaq həyati əhəmiyyət kəsb edir. Azərbaycan gənc və miqyasına görə kiçik bir dövlət olsa da, islam həmrəyliyinin önündə getmək missiyasını öz üzərinə götürmüş, bu istiqamətdə konkret addımlar atır.
Eyni zamanda, Azərbaycan dünyanın bütün ölkələri ilə mehriban dostluq siyasəti xəttinə sadiq qalır, bütün dövlətlərlə normal dostluq və əməkdaşlıq mövqeyini qoruyub saxlayır. Avropa İttifaqı ilə əlaqələr güclənir. Bu təşkilatla yeni razılaşmanın hazırlanması istiqamətində danışıqlara da start verilmişdir.
Bütün bunlarla yanaşı, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün kəskinliyi ilə qalmaqda davam edir. Böyük dünya dövlətlərinin açıq-aşkar və ya gizli dəstəklədiyi Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli uzanır. Problemlə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun uzun illər davam edən səmərəsiz fəaliyyəti onun uğuruna ümid etməyə əsas vermir. Lakin problemin gedişində pozitiv məqamları da qeyd etmək vacibdir. Böyük dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatlarım məsələyə uzun illər boyu qeyri-ciddi yanaşması üzündən radikal dəyişikliklər baş verməsə də, Azərbaycan dövlətinin qəti mövqeyi, gərgin diplomatik səyi, aparılan intensiv məlumatlandırma işi sayəsində ilk baxışda kiçik görünən prinsipial nailiyyətlər göz qabağındadlr. Bu illər ərzində Ermənistanın işğalçı dövlət olduğu və Azərbaycan torpaqlarının xeyli hissəsini işğal altında saxlaması faktı bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə qəbul edilir. Bu vaxta qədər danışıqlara şərtlər irəli sürməklə gəlirdisə, atrıq 2017-ci ildə danışıqlara onun heç bir şərt qoymaq imkanı olmamışdır. Buna Azərbaycanın diplomatik fəaliyyəti ilə yanaşı 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan ordusunun ilk uğurları da səbəb olmuşdur. Bu gün təkcə ermənilər deyil, dünya dövlətlərinin əksəriyyəti Azərbaycan ordusunun öz torpaqlarını azad etməyə qadir olduğunu başa düşür və bu faktı qəbul edirlər.
Aprel 2016-cı il döyüşlərindən sonra azad edilmiş ərazilərdə quruciuluq işləri Azərbaycanın qətiyyətini, qələbəyə iradəsini, son nəticədə isə Azərbaycanın bu müharibədə son hədəflərini hamıya, o cümlədən ermənilərə nümayiş etdirdi. Cocuq Mərcanlıda həyat bərpa olunur, burada Azərbaycan xalqın öz torpaqlarına sahib olmaq əzmini əyani şəkildə göstərir. Təsadüfi deyildir ki, Qarabağda yaradılmış qondarma respublikanın keçirdiyi referendumun nəticələrinin heç bir dövlət tərəfindən tanınmaması münaqişənin son nəticəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacağını nümayiş etdirir. 2017-ci il Azərbaycan Respublikasının ictimai həyatın bütün sahələrində malik olduğu məqsədlərinə doğru inamla irəlilədiyi illərdən biri kimi yadda qalır.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Müəllifin digər yazıları

  1. 2017-ci il: gözləntilər və nəticələr
  2. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  3. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  4. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  5. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  6. AZƏRBAYCAN RESPUBLİKASI 25
  7. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  8. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  9. Qarabağ problemi son hadisələr işığında
  10. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  11. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  12. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  13. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  14. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  15. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  16. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  17. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  18. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  19. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  20. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  21. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  22. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  23. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  24. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  25. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  26. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.549 san