17:51 19 Yanvar 2018
1525 dəfə oxunub
Çap versiyası
...

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlığın Azərbaycana tədarükü plana uyğun davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprelində döyüş əməliyyatları zamanı uğurla tətbiq olunub. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv olunması bu texnikanın yüksək effektivliyini nümayiş etdirib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən SON XƏBƏR
09:46 18.08/2018
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5315 san