08:02 20 Yanvar 2018
348 dəfə oxunub
Çap versiyası
...

Bakıda teleqüllə yaxınlığındakı sürüşmə genişlənməkdədir və getdikcə təhlükə böyüyür. Baş nazirin müavini Abid Şərifov belə deyib. Baş nazirin müavini "XəzərXəbər”ə sürüşmənin qarşısının alınması üçün görülən tədbirlərdən danışıb.

''Teleqüllə yaxınlığındakı sürüşmə sahəsi ciddi nəzarətdədir''. Bunu baş nazirin müavini Abid Şərifov ''Xəzər Xəbər''ə ekskluziv müsahibəsində deyib. Baş Nazirin müavini bildirib ki, teleqüllə ətrafında vəziyyət hazırda çox təhlükəlidir. Həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib

Günü-gündən genişlənən çatlar Quba rayonundan gətirilən xüsusi gillər vasitəsi ilə doldurulur.

Abid Şərifov Paytaxtın Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsində köhnə binaların yerində yenilərinin inşası ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, binalar tikilməmişdən əvvəl onun hansı zonaya aid olmasına mütləq baxılmalıdır. Sürüşmə zonasına düşən ərazilərdə bina tikilməməlidir

Baş nazirin müavini rayonlarda icra olunan pilot layihələrlə bağlı vətəndaşların bəzi məqamlara dair şikayətlərinin olduğunu deyib. Bildirib ki, həmin şikayətlərə elə rayon icra hakimiyyətlərinin və layihələri icra edən şirkətlərin iştirakı ilə yaxın vaxtlarda keçiriləcək iclasda baxılacaq.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
21-02-2018
21.02.2018 Sabahın havası
21.02.2018 Neftin qiyməti
21.02.2018 Bərdədə yanğın
20-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5807 san