21:52 19 Yanvar 2018
533 dəfə oxunub
Çap versiyası
...

Son bir həftədə rayonlarda ev quşları kütləvi şəkildə tələf olmağa başlayıb. Baytarlar bunu havaların qeyri-sabit keçməsi ilə əlaqələndirsələr də sakinlər bundan narahatdır. Ev quşlarının ölüm halları ismayıllı və kürdəmirdə daha çox müşahidə olunub.

İsmayıllının Kürdmaşı kəndində ev quşlarının kütləvi şəkildə tələf olması faktı qeydə alınıb. Son bir neçə gündə 120-yə yaxın ev quşu tələf olub.

Kənd sakinlərinin sözlərinə görə, quşların qırılması bir neçə gün davam edib. Buna görə də tələfatın qarşısını almaq məqsədi ilə digər ölmüş quşlar basdırılıb. Buna baxmayaraq ev quşlarının ölməsi davam edir.

Tələf olmuş heyvanlardan analiz və yoxlama üçün nümunələr götürülərək rayon baytarlıq idarəsinə göndərilib.

Kürdəmir Rayonunun Sor-sor kəndində də bənzər hadisə olub. Sakinlər təsərrüfatlarında ev quşlarının kütləvi tələf olmasından narahatdırlar. Onların sözlərinə görə, son bir həftə ərzində təlafat kütləvi hal alıb.

Xəstəlik ev quşları arasında toyuqlarla yanaşı qaz, hindquşuna da yoluxur. Sakinlər məsələ ilə bağlı rayon baytarlıq idarəsinə müraciət ediblər.

Bildirilir ki, bu günə qədər 500 başdan çox ev quşu tələf olub.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6356 san