13:06 21 İyun 2014
4265 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

   Bakı,1916-cı il

Pedaqogika tarixçilərinin yazdığına görə, dünyada uşaq bağçalarının tarixi 1837-ci ildən başlayır. Alman pedaqogika tarixində uşaqların erkən yaşlarından  sistemli şəkildə tərbiyə edilməsinin tərəfdarı  və  ideoloqu kimi çıxış edən Fridrix Vilhelm Frebel (1782-1852) həmin ilin əvvəllərində  Bad-Blakenburqda  ilk uşaq bağçası- kundrqarten  açır.
  Fridrix  Frebel çoxuşaqlı ailədə böyümüşdü. Kiçik yaşlarından anadan yetim qalan Frebel  uşaq psixologiyasına bələd idi. Onun sonralar zərbi-məsələ çevrilən  aşağıdakı fikirlərini xatırlayaq: "Uşaqlar güllər kimi qulluq tələb edir; onlara tərəf əyildikcə,onların nazı ilə oynadıqca,  onlar böyüyür və pərvazlanırlar".
 1837-ci il mayın 17-də Rusiyada da A.N.Demidov  tərəfindən ilk uşaq bağçası açılır. Bu bağçada birinci il 6 qız, 12 oğlan tərbiyə alır. Sonrakı il burada artıq 112uşaq tərbiyə alırdı.   
 1859-cu ildə o vaxtlar Rusiya İmreriyasına daxil olan Finlandiyanın  Qelsinfors şəhərində, 1862-ci ildə Sankt-Peterburqda da uşaq bağçaları da açılır. 
  Rusiyada ilk məccani (pulsuz, ödənişsiz) uşaq bağçası 1872 -ci ildə Tula şəhərində Yelizavetta Simidobiç  tərəfindən açılmışdır.
  Azərbaycanda uşaq  bağcası anlayışının  tarixini  1890-cı illərin  ortalarından hesablamaq olar. Belə ki 1898-ci ildə artıq pedaqoji  aləmdə bacarıqlı müəllim, tərcüməçi, şair və nasir kimi tanınan Rəşid bəy Əfəndiyev (bəzi sənədlərdə Əfəndizadə kimi yazılır- N.N.) Tükiyənin baş şəhərində-Konstantinopol  şəhərində "Uşaq bağçası" adlı dərsliyini çap etdirir.  Bu  kitabdan türk dili başa düşülən yerlərin çoxunda mübtədi (ibtidai-N.N.) məktəblərdə uzun illər boyu dərslik kimi istifadə olunmuşdur.  Sonralar   ibtidai sinif dərsliklərinin hazırlanması prosesində R.Əfəndiyevin bu dərsliyinin bəzi materiallarına uşaq dünyasını əks etdirən didaktik materiallar kimi  dəfələrlə  müraciət olunmuşdur. 
  Dünya dərslik mədəniyyətinin  ənənələri əsasında yazılmış "Uşaq bağçası"  dərsliyi  müəllimlərin stolüstü kitabı kimi tanınmışdır. Alman dilindəki "kunderqarten" sözünün qarşılığı kimi  "uşaq bağçası" maarifçilik termini kimi  türk dünyasında  geniş şəkildə işlənməyə başlanmışdır. 
  Azərbaycanda məkani tərbiyə və təhsil ocağı olan ilk uşaq bağçalarının tarixi  XX əsrin əvvəllərindən başlanır. 
 1916-cı ildə Bakı Real Məktəbinin müəllimi, ibtidai siniflərdə 15 illik pedaqoji iş təcrübəsi olan,  İranın Məşhəd şəhərində yaxşı müəllimlərdən yaxşı təhsil alıb Bakıya üz tutan Abdulla Talıbzadə  (sonralar Abdulla  Şaiq, Mirzə Abdulla Talıbzadə kimi tanınan məşhur  söz ustası-N.N.) Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna  Bakıda uşaq bağçası açmaq üçün ərizə ilə müraciət edir.
  Bizim fikrimizcə, bu,   görkəmli xeyriyyəçi H.Z.Tağıyevlə razılaşdırılmış maarifçilik tədbiri idi.
  H.Z.Tağıyevin Talıbzadələr ailəsi ilə yaxın dostluğu var idi.Müəllim Abdulla Talıbzadənin atası  Axund  Molla Mustafa  Süleyman oğlu  Talıbzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olarkən onların- H.Z.Tağıyevin və M.Talıbzadənin-  maarifçilik yolunda  birgə fəaliyyətləri  tarixi fakt kimi danılmazdır. H.Z.Tağıyev  Yaxından tanıdığı və dostluq etdiyi  Axund Molla Mustafanın vəfatından (1903-cü il) sonra da  onun övladlarına  atalıq qayğısı və sayğıları ilə yanaşmışdır. Təsadüfi deyil ki, H.Z.Tağıyev   müsəlmanların müqəddəs kitabı olan Quranın Bakı tərcüməsini  Türkiyə sultanı Əbdülhəmidə  məhz  Axund Molla Mustafa Talıbzadənin  böyük oğlu Axund Molla Yusiflə göndərmişdi.
  H.Z.Tağıyevin Bakı Lifli Materiallar Fabriki var idi.  XX əsrin əvvəllərində  H.Z.Tağıyev  bu fabrikin fəhlələrinin uşaqları üçün Əhmədli kəndində ibtidai məktəb  açmaq qərarına gəlir.  O, bu məqsədlə 1903-cü il iyulun 24-də  Qafqaz Təhsil Dairəsinin popeçitelinə-himayədarına  müraciət edərək öz məram və məqsədini bildirir. Məktəbdə işləyəcək müəllimlərin siyahısında Abdulla Talıbzadənin  də  adı var idi. Lakin məktəbin açılışı ləngidiyinə görə  A.Talıbzadə Sabunçu kənd ibtidai məktəbinə işə düzəldiyindən bu təklif reallaşmamış, yeni məktəb üçün  başqa  bacarıqlı müəllimlərin  axtarışına başlanmışdır.
   Abdulla Talıbzadə çətin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə bacardığı bütün işlərin qulpundan yapışmağı özünə rəva bilir, gecə-gündüz yazı-pozu ilə  məşğul olur, dərslik yazır,  bədii yaradıcılığını təkmilləşdirirdi.O, 1916-cı ildə daha bir fəaliyyət sahəsində  çalışmaq qərarına gəlir;  Bakı Real Məktəbində işləməklə yanaşı,  Bakıda uşaq bağçası yaratmaq  fikrinə düşür. Hökumətin "Uşaq bağçaları haqqında  1 iyul 1914-cü il  tarixli Qanunu"ndan istifadə edərək, Bakıda uşaq bağçası  açmaq üçün Bakı Quberniyası  və  Dağıstan  Vilayəti Xalq Məktəblər İdarəsinin  direktoruna  28 sentyabr  1916-cı ildə ərizə ilə  müraciət edir. 
  A.Talıbzadə ərizəsində uşaq bağçasında ödənişin ildə 140 rubl olacaşını, bütün işləri öz nəzarətində saxlayacağını direktorun diqqətinə çatdırırdı. Ərizədə uşaq bağçasının ünvanı da göstərilirdi: Verxnıy Priyut küçəsi, N 80.
  Qafqaz Təhsil Dairəsi  popeçitelinin 2256 nömrəli  11 oktyabr 1916-cı il tarixli icazə məktubu cəmi iki gündən sonra  Abdulla Şaiqə çatdırılır.
  Abdulla Talıbzadə 15 oktyabr 1916-cı ildən  başqa titullarla yanaşı, " uşaq bağçasının müdiri "  titulunu da daşıyır.


Müəllifin digər yazıları

  1. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  2. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  3. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  4. Sözgəlişi, ola bilər düzəlişi...
  5. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  6. Bu Dünya- Şirin Dünya.....
  7. Göz görür,ağıl kəsir....
  8. Tərcüməsiz başa düşülən tatar bayatıları
  9. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  10. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  11. Mənim nəğməli bibim - Foto
  12. Sən yazmasan,mən yazaram
  13. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  14. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  15. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  16. Qulam Məmmədli-120
  17. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  18. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  19. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  20. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  21. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  22. Bu tarix ki var, qəliz məsələ imiş......
  23. SÖZ KİMİNDİR?
  24. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  25. Mənim dualarım
  26. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  27. Təzadlar, ay təzadlar....
  28. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  29. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  30. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  31. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  32. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  33. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  34. Testdən qəsdən danışmırıq
  35. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  36. Dərsliklərimizin halı və vəziyyəti
  37. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  38. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  39. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  40. Hırsızın gözü əlyazmalara düşdü
  41. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  42. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  43. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  44. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  45. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  46. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  47. Hacı Səid Əfəndi Ünsizadə-191
  48. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  49. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  50. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  51. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  52. Bir daha Ünsizadələr haqqında
  53. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  54. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  55. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  56. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  57. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  58. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  59. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  60. Bizə hansı elmlər lazımdır və yaxud ...
  61. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  62. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  63. Soyqırımı günündə dostumu itirmişəm
  64. Bu yaz bir başqa yazdır
  65. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  66. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  67. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  68. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  69. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  70. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  71. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  72. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  73. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  74. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  75. Dərgahdan başlanan yol
  76. Fikrin ifadə formalarından biri
  77. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  78. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  79. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  80. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  81. Təhsil tariximizin maraqlı səhifələri
  82. Təhsil tariximizdən maraqlı səhifələri
  83. Akademiklərin cərgəsindəki müəllim
  84. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  85. Mübarizə bu gün də var,sabah da...
  86. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  87. "Əkinçi" qəzeti-140
  88. Mustafanın Çanakkala məktubu
  89. Məktəbdə elm və texnologiya həftəsi
  90. Mübarizə bu gün də var, yarın da....
  91. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  92. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  93. Yazımızın tarixi-özümüzün tarixi
  94. Fikrət Sadıq -Dədə Qorqud
  95. Tədqiqatçı öz fikrində israrlıdır
  96. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  97. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  98. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  99. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  100. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  101. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  102. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  103. "Bağçasaraydan göndərilən məktub"
  104. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  105. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  106. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  107. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  108. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  109. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  110. Abdulla Şaiqin uşaq bağçası
  111. "Ziya"nın biblioqrafiyası
  112. Kasıblığın üzü qara olsun
  113. Bu gün M.Ə.Sabirin ad günüdür
  114. Keçən günə gün çatarmı ... - Fotolar
  115. Elmə yönələn yolun başlanğıcı - FOTO
  116. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  117. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  118. Ucundadır dilimin həqiqətin böyüyü ...
  119. İlk hesab dərsliyimiz
  120. Yusif Vəzirovun kölgədə qalan yazıları
  121. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  122. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  123. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  124. Dərslik, dərslik, yenə də dərslik...
  125. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  126. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  127. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  128. "ZİYA"lı ziyalı - Foto
  129. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
28-06-2017
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4413 san