09:22 22 Yanvar 2018
1505 dəfə oxunub
Çap versiyası

 

 

Biz 1990-cı ilin yanvarında qanımızla, canımızla Azadlığımızı qazandıq, 1994-cü ilin yanvarında isə torpaqlarımızın bir hissəsini işğaldan azad etdik. Hər iki hadisə məhz yanvar ayında baş verdi və qara bağlamaqla qara günlü olmaq arasındakı fərqi o tarixi günlərdən sonra daha yaxşı anladı xalqımız...

Topla, tankla üstümüzə gəlib iradəmizi qırmaq istəyənlərin, gözümüzü qorxutmağa çalışanların iyrənc niyyəti baş tutmadı. Dörd il sonra ulu öndərimizin rəhbərliyi ilə cəbhədə önəmli qələbəmiz tarixə yazıldı.

Bəs nə üçün bizləri həmişə qaralar içində saxlamaq istəyiblər?

Qaranlıqda insan getdiyi yolu görmür və çox da uzağa gedə bilmir. Gedəcəyimiz yolun sonunu görənlər öz sonlarını düşündüklərindən bizləri qaradan çıxarmayıblar. Bir sözlə, qorxublar bizdən. Əgər qorxmasaydılar əli yalın xalqın üstünə tırtıllarında günahsız insanların qanı qurumamış tanklarla, zirehli maşınlarla gəlməzdilər. Demək ki, azadlıq özü də qara rəngdəymiş və ona insan qanı qatışanda qırmızı olurmuş. Hərdən günəş də qırmızı rəngdə olur...

Bu gün illərin o üzünə boylananda 9 yaşlı bir uşağın və onun həmyaşıdlarının tanklara, zirehli maşınlara, əli avtomatlı əsgərlərə, elə həyatın özünə də necə qəribə baxdığı gözlərimdən kino lenti kimi keçir.

Bir səhər yerimdən durub küçəmizdə tankları və əsgərləri görəndə döyüküb qaldım. Kinolarda görüb-tanıdığım bu silahlardan, zirehli maşılardan qan qoxusu, ölüm qoxusu yayılırdı.

İllər keçsə də hər yanvar ayı gələndə elə bilirəm ki, o tanklar, dili, nəfəsi yad əsgərlər yenə də küçəmizin tinində dayanıb qaranlığın düşməsini gözləyirlər. Dəqiq bilirəm ki, əgər yanvarın 19-dan 20-nə keçən gecə o tanklara, o zirehli maşınlara, əl vurmaq bir yana, onların yanından keçsəydik belə üstümüzdən keçərdilər, tırtılları ilə bizi xıncım-xıncım edərdilər.

Yanvar tariximizə xalqımızın azadlığını, hürriyyətini qazandığı qəhrəmanlıq ayı kimi düşüb. 20 Yanvar hüzn günü deyil, əslində, qaradan və boyunduruqdan çıxdığımız tarixdir. Azadlığımız uğrunda mücadilədə

qəhrəmanlıq salnaməsi yazdığımız o gün bizə dünyanın hər yerində ürəkdən, inamla “Mən Azərbaycanlıyam” demək haqqı verdi.

Həmin günlər təbiətin də azadlıq istəyini qərənfil güllərinin timsalında gördük. Heç bir gül ürək eləyib şəhidlərin qanına bələnib onlarla birgə son mənzilə varmadı: bircə ondan - Yanvar gülündən, qərənfildən başqa...

Və o gün bütün Azərbaycan xalqı şəhid oğlu Ülvü Bünyadzadə ilə birlikdə, bir ağızdan:

 

Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq.

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!,- dedi.


Müəllifin digər yazıları

  1. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  2. Tanıyın!... O, Azərbaycan Polisidir...
  3. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  4. 100-ə nə qaldı...
  5. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  6. “Gül var Xocalıdan sonra açılmır...”
  7. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  8. Ünvanına yetişən məktublar...
  9. Azadlığa can vermişik...
  10. Xilaskar
  11. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  12. Bu köç hara gedir?...
  13. Uğurlu yollarla irəli…
  14. Tarixə dönənlər...
  15. Biz onları unutmadıq... FOTO
  16. Sizinlə qürur duyuruq… FOTOLAR
  17. Vətəndaşın güvənc yeri
  18. Könül adamı...
  19. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  20. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  21. Vətənin başladığı yerdə… FOTOLAR
  22. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  23. “Mən Azərbaycanlıyam” demək haqqı...
  24. Bu, xilaskar ömrüdür...
  25. Uşaqlar ölməsin....
  26. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  27. Polis-döyüşə hazır əsgər kimi ...
  28. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  29. Xilaskarlar… (FOTO)
  30. Yeni maşınlar təqdim edildi
  31. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  32. “Vicdanlı” başlıqlar...
  33. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  34. Vətənpərvər və sağlam gənclik üçün…
  35. Vətən üçün, xalq üçün və gələcək üçün...
  36. Onun rəngli dünyası... (FOTO)
  37. Ölümün ağ rəngi... (Fotolar)
  38. “Artıq gecdir” deməmək üçün...
  39. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  40. Görüşə polislər gəlmişdilər...
  41. Polislər bu nəcib işdə birincidirlər
  42. Haqqı görə bilmək xoşbəxtliyi...
  43. Bəxtiyar olmaq...
  44. Əbədiyaşar…
  45. Etibar edənlər peşman olmur…
  46. Bir həsrət yazısı…
  47. Tələsin insanlar...
  48. Azadlıq rəngli Bayrağım!
  49. Sabahı bu gün düşünək...
  50. Çətin qazanılan şirin nemət-Azadlıq…
  51. Sabitlik adlı sərvətimiz…
  52. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  53. 90 yaşın işığında… - FOTO
  54. İtirdiklərimiz…
  55. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  56. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  57. Çörək satıb, çörək qazanan qadın...
  58. AĞLAMA
  59. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  60. 20 yanvar-Vətən tarixi...
  61. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  62. Həmrəyliyə gedən yollar
  63. “Yox deməyi bacaraq”!!!
  64. On iki il, bir ömürlük həsrətdi hey....
  65. Vətən üçün...
  66. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  67. “Küçə uşaqları”nın gələcəyi...
  68. Çəkdim ki, izim qala...
  69. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  70. Gələcəyimizin sağlamlığı üçün...
  71. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  72. “Söz”dən sonra….
  73. Vətən daşı olmaq üçün... Foto
  74. Ölüm ömrün sonu deyil… Foto
  75. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  76. Xalq, dövlət və bayraq üçün… Foto
  77. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  78. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  79. Sən yanmasan, mən yanmasam...
  80. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  81. Sahibsiz köçün hekayəsi...
  82. Rahatllıq da bir xoşbəxtlikdir...
  83. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  84. Gələcək üçün, gənclik üçün...
  85. Andına sadiq Azərbaycan Polisi…
  86. Vətən unudulmur, Vətən unutmur… Foto
  87. Ümidləri doğrultmaq üçün...
  88. İyirmi beş il, iyirmi beş qərənfil...
  89. Bir “həmkarıma...
  90. Bayram günlərində də...
  91. Bu, elə bir bəladır ki...
  92. “Uğur olsun”, deyirik…
  93. Azərbaycan deyiləndə ayağa dur ki...
  94. Hər atılan daşa...
  95. O, həmişə bizimlədir
  96. Bir oğul var... - Fotolar
  97. Qayğı da var, nəzarət də
  98. Görüşməyək, qorxuram...
  99. Dərdin adı Xocalı...
  100. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  101. Bayrağımızı ucaldanlar... -Fotolar
  102. Rənglər danışır, biz isə susuruq...
  103. Vətəndaş kömək umur, kömək görür...
  104. Arzu dolu ömür yolu... - Foto
  105. Kaş, yuxum çin olaydı...
  106. Belə bir oğul vardı... - Fotolar
  107. Belə “qəhrəmanlıq” olmur...
  108. Ağ qadın
  109. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  110. Yollara
  111. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  112. Həsrətinə bir film çəkmək istəyirəm...
  113. Bir gözəl gəzirəm məni öldürə
  114. Ürək
  115. Bir məktub, bir ailənin sevinci...
  116. 23 ay-23 il...
  117. Qayıtma
  118. Qocalar
  119. Həsrət
  120. Məktub
  121. Bir ömrün yuxusu
  122. Ayrılıq ölüm deyil...
  123. Ehtiyac ölümdən qorxuludur...
  124. Atamın 55 yaşı...
  125. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018
23.05.2018 DİN və din

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4304 san