08:36 23 İyun 2014
6100 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 Türkologiyanın Fərhadı - professor Fərhad Ramazan oğlu Zeynalov-85 (22 iyun 1929-16 oktyabr 1984) və yaxud  hər  gün xatırlanan adam

  Mən yaxşı müəllimlərimi həmışə yaxşı xatırlayıram.Yaxşı xatırladığım müəllimlərimdən biri də Azərbaycan Dövlət Universitetində bizə türkologiyanın əsaslarını öyrədən  filologiya elmləri doktoru Fərhad Zeynalov idi. Biz II kursda oxuyanda-1968-ci ildə Fərhad Zeynalova professor adı verdilər.  O vaxtlar ali məktəblərdə professorlar az idi : bəlkə də onları barmaqla saymaq olardı.
  Fərhad Zeynalov SSRİ  və dünya miqyasında tanınan professorlardan idi. Hər dəfə xarici ölkələrdən elmi məzuniyyətlərdən,  konfrans  və simpoziumlardan qayıdanda  bizə maraqlı elmi mülahizələrini söyləyir, fikirlərini bizimlə bölüşərdi. Bəlkə də həmin mülahizələr  çoxları üçün qaranlıq idi, amma Fərhad müəllim elə ürəklə danışırdı ki,hamının diqqəti ona yönəlirdi. 
  Bir dəfə xarıci səfərlərin birindən qayıdandan sonra Fərhad müəllim sevinc və qürurla Nizaminin Azərbaycan dilində yazdığı şeirlərinin izinə düşdüyündən söz açdı. Fərhad müəllim tələbələrin suallarına cavab verməyə hazır  idi, lakin heç kəs sual verməyə cəsarət etmədi. Deyəsən,yöndəmsiz danışan elə mən oldum. Nizaminin türkcə şeirlərinin  orijinalı ilə maraqlandım.Fərhad müəllim şübhələrə son qoymaq üçün çoxlu misallar çəkdi, müqayisələr apardı və təbii ki, tapdığı və ya izinə düşdüyü arxiv materiallarını bizə göstərə bilmədi.Bəlkə də həmin materialları  ilk dəfə geniş elmi yığıncaqların dinləyicilərinə təqdim etmək istəyirdi.(Sonralar məlum oldu ki, bu Nizami o Nizami deyilmiş).Hər halda biz,  professorla debata hazırlaşmağa maraqlı idik.

  Fərhad Zeynalov ilin ən uzun və ən işıqlı günündə-22iyun 1929-cü ildə Ordubadda dünyaya göz açmışdır. 18 yaşında Ordubad Mədəniyyət Evinə direktor təyin olunmuşdur.Bir ildən sonra Azərbaycan Dövlət Universitetinin  filologiya fakültəsinə daxil olmuş, 1953-56-cı illərdə Moskvada aspirantura təhsili almış, gənc  dilçi alim kimi Bakıya qayıtmışdır.  Artıq  1966-cı ildə Fərhad Zeynalov filologiya elmləri doktoru idi. Onu türk dünyasının dilçiləri də, ədəbiyyatşünasları da tanıyırdılar.
  F. Zeynalov siyasi  əngəllərə sinə gərərək, Azərbaycanda türkologiya məktəbi yaratmışdır. O,elmi qabiliyyətinə və  elm üçün zəruri olan inandırıcı düşüncə tərzinə güvəndiyi  gənc alim və aspirantları kafedranın işinə cəlb edə bilmişdi.Maraqlıdır ki, F.Zeynalov əməkdaşları auditoriyalardan özü arayıb axtarırdı.  Fərhad müəllim bu məqsədlə kurs işlərinə daha çox  üstünlük verirdi.  Bəzən tələbələr onun tələbkarlığından ehtiyat edərək, kurs işlərini  səriştəli yazmaqdan ehtiyat edirdilər; birdən onlar elmi məsələlərə daha ciddi, daha tələbkar olan Fərhad müəllimin  diplomantlarının siyahısına  düşərlər.
  Səhv etmirəmsə, "Abbas Səhhətin yaradıcılığında  köməkçi nitq hissələrinə aid sözlərin üslubi xüsusiyyətləri" mövzusunda kurs işi yazırdım. Filologiya fakültəsində məndən bir kurs yuxarıda oxuyan  gürcüstanlı Mədinəyev Ələddin kurs işimi oxuyanda dəhşətə gəldi:"Ayə, bu nədir yazmısan.Sən kimsən ki, 8 dəfə Fərhad Zeynalovun dediklərinə etiraz edirsən, hər dəfə də mötərizədə fikrin sənə aid olduğunu inisialınla-  "N.N" ilə  göstərirsən".Doğrusu, sonralar Ələddinin etirazını başa düşdüm: mən Fərhad müəllimlə  nahaq yerə mübahısə edirəmmiş, Fərhad müəllim düz deyirmiş.
 ...Kurs işləri yoxlanılıb qurtarmışdı.Hamı narahatlıqla Fərhad müəllimin rəyini gözləyirdi. Fərhad müəllim dəftərlərin içindən 3-4-nü seçərək auditoriyaya diqqətlə nəzər saldı.  Elə bildim məni axtarır ki,  yazdığıma görə mənim dərsimi versin. İlk dəfə Bayraməli Aslanovu soruşdu. O  ayağa qalxdı.Fərhad müəllim onu təriflədi, kurs işinə elmi yanaşmasını  xüsusilə vurğuladı. Sonra Dilavər Əliyevin adını çəkdi.Onu da təriflədi. Bir az sükutdan sonra auditoriyaya xeyli göz gəzdirib, mənim adımı çəkdi. Ayağa durdum.  Fərhad müəllim əlindəki dəftərlə məni hədələyirmiş kimi "hamıdan yaxşı sən yazmısan,-dedi, diplom işini məndən götürərsən".
  Fərhad müəllimin  mənə  verdiyi diplom işinin mövzusu belə idi: "Müasir türk dillərində  rus dili və rus dili vasitəsilə başqa dillərdən alınmış sözlərdən əmələ gələn fellər".   
  Fərhad müəllim evindən  mənə diplom işini yazmağa gərəkli olan  qalın-qalın kitablar gətidi. Bunlardan ən maraqlısı qazax dilçisi  V.İsenqaliyevanın "Тюркские глаголы  с основами, заимствованными из русского языка. Алма-Ата ,1966" kitabı  idi. Mən diplom işində əsasən bu kitaba istinad etməli idim. Maraqlıdır ki, Fərhad müəllim qazax dilçisindən fərqli olaraq, mövzunu təkcə rus dili ilə yox, Avropa dilləri ilə  də əlaqələndirib təsdiq etdirmişdi. Mən 10-dan artıq türkdilli xalqların emi və bədii əsərlərini varaqladım,mövzuya aid çoxlu nümunəlr tapdım.Diplom işi üçün lazım olan materialları arayıb axtarmaq məqsədilə Moskva və Leninqradın (indiki Sankt-Peterburq) arxiv və kitabxanalarında işlədim.Müdafiə  uğurla keçdi:  məni -filologiya fakültəsinin qiyabiçi tələbəsini-leytenant Şmidt adına neft maşınqayırma zavodunun tokarını Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçılik İnstitunun aspiranturasına oxumağa göndərdilər. İmtahan verıb qəbul olundum. Doğrudur, institutun direktoru, atamın məktəb yoldaşı əyani fakültədə boşluqda qalanlardan birini  qiyabi şöbəyə-mənim yerimə  qəbul etmək istədi. lakin  insanlara qiymət verməyi bacaran dövlət adamları direktora da, akademiyanın rəhbərliyinə də  qaydaları başa saldılar.İnstitutun rəhbərliyi  sərt mövqeyini başqa şəkildə bildirdi; mən ərəb əlifbalı "Ziya" və "Ziyayi-Qafqasiyyə"qəzetlərinin (1879-1884) dilini tədqiq etməli idim.  Sağ olsunlar, akademiya mənə hər şeydən əvvək əski əlifbalı yazıları oxumağı öyrətdi.

  Fərhad müəllim mövzunun adını eşidəndə bir az pərt oldu  O  bəlkə də məni universitetdə saxlaya bilmədiyinə təəssüf edirdi.
  Fərhad müəlimin dilçılık görüşləri mənim  dilçilik məsələlərinə ciddi yanaşma meyarımdır. Onun  "Müasir türk dillərində köməkçi nitq hissələri"(1971), "Türk dillərinin müqayisəli qrammatikası"(1975),"Qədim türk yazılı abidələri"(1980),"Türkologiyanın əsasları"(1981) adlı  monoqrafiya və dərslikləri, dünyanın nüfuzlu elmi jurnallarında çap olunmuş onlarla elmi məqaləsi dilçilik elmimizin uğurlarındandır. 
   Fərhad Zeynalov və  Samət Əlizadənin  birlikdə  nəşrə  hazırladıqları  "Kitabi-Dədə Qorqud"  kitabı dünya türkoloqlarının mükəmməl nəşr kimi müraciət etdikləri xalq eposlarından biridir.   .
  Fərhad Zeynalovu dünya türkoloqlarına yaxından  tanıdan ilk əsəri 1957-ci ildə Bakıda nəşr olunan "Türk dillərində nitq hissələrinin  ənənəvi bölgüsü"  monoqrafiyasıdır. Bu gün bu əsərin yenidən nəşr edilməsinə böyük ehtiyac vardır. Elmi qrammatikamızın və  ona əsaslanmalı olan orta məktəb dərsliklərinin  yazılmasında  bu monoqrafiya əsaslı istinad nöqtəsi kimi qiymətləndirilməlidir. Biz  bu gün sözlərin nitq hissələrinə ayrılmasında hansı prinsipdən istifadə etməkdə çətinlik çəkirik.  "Yaxşı" sözü işlənmə məqamına    görə həm sifət, həm zərf, həm də modal söz kimi  izah edilir. Halbuki bir çox dilçilərin fikrinə görə  bir söz ancaq bir nitq hissəsinə aid olmalıdır.
  Fərhad Zeynalvun ad günündə dillçıliyimizin problemləri haqqında bu gün gur səslə danışa bilərik.   Belə məqamda gur səslə danışmağı  bizə Fərhad Zeynalov öyrətmişdir.Mən yazdığım məqalələrdən birinin adını diçiliyimizin Axilles dabanı" adlandırmıdım.Mən burada orfoepik qaydalarımızdakı boşluqlardan söz açmışdım. Sonradan məlum oldu ki, bizim  Axilles dabanlarımız çoxdur.Mən burada bir çox məsələlərdən danışmaq istərdim.  Mən 2012-ci ildə   Avropa Azərbaycan Məktəbinin  Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi  Azərbaycan  Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu ilə işgüzar əlaqələr yaratmağa cəhd etdim.İnstitutun ovaxtkı  direktorunu  və bir neçə elmi əməkdaşını məktəbə dəvət etdik. Geniş fikir mübadiləsi apardıq.Tədbirdə məktəbin ixtisas müəllimləri də, yuxarı sinif şagirdləri də fəal iştirak etdilər. Elmi, elmi-pedaqoji sahədə birgə müəyyən işlər görmək müəyyənləşdirildi.Sonralar institut rəhbərliyinin   dəyişdirilməsi bu əməkdaşlığı bir az səngitsə də, bu il yenidən  əlbir tədbirlər keçirmək nəzərdə tutulmuşdur.Bu ilin sentyabrında Mirzə Kazım bəyin 1839-cu ildə nəşr edilən  "Türk-tatar dillərinin qrammatikası( Грамматика турецко-татарского языка") kitabının 175 illik təntənəsini keçirməyə hazırlaşırıq.
    Yeri gəlmişkən bir məsələni xüsusilə vurğulamaq istəyirəm.  Bu gün Nəsimi adına Dilçilik İnstitutu  orta məktəb şagirdləri üçün hazırlanan dərsliklərə nəzarət edə bilmir. (dərsliyin müəlliflərindən biri indi Nasimi adına Dilçilik İnstitutunun elmi əməkdaşıdır.Ümid edirik ki,bu təyinat dərsliklərin xeyrinə olacaqdır). 
  Bu gün elmi qrammatikada  hələ tam müəyyənləşməyən fikirlər orta məktəb dərsliklərinə yol tapır.Bu gün  dərsliklərdə adlıq cümlə yersiz qalıb.Vasitəli və vasitəsiz nitqə aid  məsələlərin izahında müəyyən sürüşkənlik var. Sintaktik əlaqələr məsələsi  orta məktəb dərsliklərində yaxşı izah olunmayıb. III növ təyini söz birləşmələrinin arasına daxil olan sözün izahında ikilik var. "Mənim Şamaxıda evim var", "Mənim beş kitabım var" cümlələrinin sintaktik təhlili  orta məktəb dərsliklərində  hələ də aydın izahını tapmayıb.

   Azərbaycan dilində durğu işarələrindən  istifadə qaydalarına aid  elmi mənbə olmadığına görə hələ də yazımızda müəyyən dolaşıqlıqlar özünü göstərir. Bu gün opfoqrqfiya qaydalarına ciddi baxılmalıdır.Orfoqrfya lüğətimizin geniş oxucu kütləsinə təqdimi  ləngiyir. Mürəkkəb adların yazılışında problemlərimiz hələ də həll olunmayıb. Bu gün yazıda buraxılan səhvə görə heç kəs heç kəsdən üzr istəmir.
  Opta məktəblərin X və XI siniflər üçün yazılmış Azərbaycan dili  dərsliklərinin yeni nəşrinə diqqətlə yanaşılmalıdır.Bu dərsliklər TQDK-nın seminarlarında  həftələrlə müzakirə edilmişdir.  Lakin eşitdiyimə görə, vaxt məhdudluğu ucbatından bu dərsliklərdə əsaslı düzəlişlər edilməyəcək. X sinfin Azərbaycan dili dərsliyində türk dillərinin ailə şəcərəsi nöqsanlı şəkildə təqdim olunmuşdur.Burada dilimizin adı Konstitusiyamızdakı adından fərqlidir. Ailə şəcərəsindəki inkişaf  yönü düzgün göstərilməmişdir. Portret oçerklərində bir sıra yanlışlıqlar vardır. Bu, ən çox Mahmud Kaşğari  portret oçerkinə aiddir. Yazının növlərinə aid materiallar yayğındır. Yazı növlərinə aid izahlarda fikir müxtəlifliyi  vardır.  Elmi fikir müxtəlifliyi dərslik üşün bağıçlanılmaz səhvdir.
     XI sinif şagirdləri və təbii ki, onların müəllimləri üçün hazırlanmış 160 səhifəlik dərsliyin 75 səhifəsi əvvəlki illərdə keçilənlərin təkrarıdır. Bu da dərslikdəki materialların 47 faizinə bərabərdir.Məncə, dünyanın heç bir yerlində  dərsliyə  belə yanaşma təcrübəsi yoxdur.
    Bu gün dünyanın elmi məclislərindən  Fərhad Zeynalov kimi dilçilərimizin səsi, çox təəssüf ki, nadir hallarda eşidilir. Halbuki  dilçilik elmimizin səsi çoxlarını yuxudan oyatmalıdır.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava
22-09-2018
22.09.2018 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7196 san