12:29 03 Fevral 2018
1009 dəfə oxunub
Çap versiyası
...

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevlə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.

Strategiya.az xəbər verir ki, görüşdə müəssisələr arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyə mədəniyyətinin vahid və oxşar paradiqmalardan bəhs edən rəhbərlər bu sahədə birgə fəaliyyətin istiqamətlərini müəyyən ediblər.

A.Usubəliyev və C.Özdemir qurumların iş planlarından söhbət açıb, vahid türk mədəniyyətindən, ortaq mədəni maraqlardan və 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar keçiriləcək birgə layihələrdən danışıblar.

Bildirilib ki, məqsəd hər iki ölkə gənclərinin mədəni proseslərə cəlb edilməsi, vətənpərvərlik hissinin formalaşması və “Bir millət iki dövlət” ifadəsini doğrultmaqdır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Əməkdar artist vəfat edib
17:28 02.08/2018
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5826 san