08:22 05 Fevral 2018
1358 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 
 

Azərbaycan mətbuat tarixinin ilk dərgisinin - "Kəşkül" jurnalının birinci nömrəsi"- Tiflis,31 yanvar 1883-cü il

 

Türk dünyasının mətbuat tarixində vaxtilə - Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olmuşdur

Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda "Ünsi" təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndi oğlanlarına yaxşı adlar seçmişdir .Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi.

Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra - 1870-ci ildə, igamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli -Təsənni idarəsinə üzv seçilmişdir. Sonralar M.F.Axundzadənin yaxın dostlarından biri olan Əbdülhəmid Əfəndi Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən sonra, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunmuşdur. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdır. Onun maarifçilik yönümündəki   ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı "Məclis məktəbi" idi. Bu məktəb adı pedaqogika tariximizə düşən ilk məktəblərdən  biridir.

"Məclis məktəbi" yeni tipli təhsil ocaqlarından idi. Quberniyanın digər məktəblərindən fərqli olaraq, burada şagirdlərin sağlamlığına da, təhsil və tərbiyələrinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, Yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçirilir, müəllimlər dərslə yanaşı, dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında  fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki, bu məktəbdə işləyən müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan dilində uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl əsərin müəllifləridir.

1876-cı ildə Səid Ünsizadəni Tiflisə - dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin öhdəsindən layiqincə gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli -Təsənni İdarəsinin əvvəlcə ştatda olmayan əməkdaşı kimi fəaliyyətə başlayır.

Tiflisə - regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə məşğul olmağa sövq edir.  

S.Ünsizadə Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlc daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir.

S.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə - müəyyən mətbəə peşəsi üzrə fəhləliyə dəvət edilir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə "Ziya" adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən proqramında "Ziya" qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də-islam təqvimi ilə 1296-cı il səfər ayının 16-da-   çap edilmişdir. Qəzetin 1879-cu il yanvar  və fevral aylarında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlum deyil. "Ziya"nın 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə əsasən ilk nömrənin 1879-cu il yanvarın 25-də çıxdığını söyləməyə əsas verir..

"Ziya"nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilmişdir. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır:"

Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. "Ziya" qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir".


Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: 

 

 "Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.) müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti-: manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik Elamnamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur".

 

Qısa bir müddətdə "Ziya" türk dili başa düşülən bütün türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində - Tambovda sürgündə olan "Əkunçi"nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və başqaları "Ziya"ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və maqalələr türk dünyasının ziddiyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır.

S.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, "hər kəsə öz xörəyini verməyi ondan tələb edirdi".

Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrində 1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq şərtilə Tiflisdə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə "Kəşkül" adında jurnal ("Kəşkül" səhifələrində onu "məcmuə", "cəridə" də adlandırırlar) çıxarmağa icazə verir.

Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü ili yanvar ayının 31-də 28 səhifəlik "KƏŞKÜL" jurnalını qardaşı Səid Ünsizadənin "Ziya" adı ilə tanınan mətbəəsində çap etdirdi.

Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, "Ziya" qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspıralının "Tərcüman" qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. ( İ.Qaspralının "Tərcüman" qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır).

Kəşkül - hind qozu qabığından hazırlanan dərviş çantası deməkdir. "Kəşkül" sözü klassik Şərq ədəbiyyatında "ədəbiyyat, şeir toplusu" məzmununu da verir.

Cəlal Ünsizadə jurnalın müqəddəməsində bu münasibətlə özü belə yazırdı:

 

"Bu cəridədə nə növ mətləblər yazılacağın bu günkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaqdır. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin müstəhəqqinə (toxumların layiq olanına-N.N.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq qüvvəsinə nail olan ürəfadan hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari(təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK BƏ ƏMƏL ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə rüxsət aldığımız cəridə "KƏŞKÜL" namını alır".

******

"Kəşkül"ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilmişdir: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılmışdır. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir.

Daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah-rəbiüləvvəl -1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə- N.N.) Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. "Kəşkülün müqəddiməsi" başlıqlı yazının müəllifi Cəlaləddindir.

 

Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir,"Əkinçi", "Ziya" qəzetlərinə düzgün qiymət verilir.

 

"Kəşkül"ün birinci nömrəsindəki "Mətbəə və mətbuat" başlıqlı yazının müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda  da müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrədə axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu "Ziya" qəzetində dəfələrlə səslənmişdir. Görünür, "Ziya" da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda "Ziya"dakı fikirlərini "Kəşkül"ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə "Kəşkül" də yazır: "Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz".

 

Müəllif  öyrənməkdən üz çevirənlərə onları məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır.

Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolynu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. "Kəşkül"dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunmuşdur.

 

XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş doğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdir. Jurnaldakı felyetonların biri nin müəllifi S.Atamalıbəyovdur. Bu yazı "Aldığımız bir vərəqədir" adlanır.

 

Jurnalın ilk nömrəsində A.Bakıxanovun "Təhzibül-əxlaq" əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapmışdır. Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılmışdır.

Jurnaldakı ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. "Əmsali-Loğman" dan seçilən yazı "Bir Arslan ilə iki Öküz" adlanır. Tərcümənin müəllifi Cəlaldır.Jurnalın 24-ü səhifəsində dərc olunan "Qurani-Əzim Alişan" şerinin müəllifi (Seyyid ) kimi göstərilmişdir. Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin indiədk  heç bir əsərinə daxil edilməmişdir.

Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənətkarlığı baxımından maraqlı görünür.

***********

Yazıda "Kəşkül" jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. "Kəşkül"ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu."Kəşkül"ün ilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxmışdır. Onun bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngitmişdir. 1884-cü il martın 22-dən "Kəşkül" jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir.

1891-ci ilin oktyabr ayında "Kəşkül" öz nəşrini dayandırmışdır.

 

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi.

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü,

türkoloq.

 

Bakı,05.02.2018.

 

 

. Ədəbiyyat siyahısı

 

1.Axundov Nazim. Azərbaycanda dövri mətbuat. Bakı,1965.

 

2.Zeynalov A. "Kəşkül"də bədii ədəbiyyat. Bakı,1976.

 

3. Zeynalzadə Ağarəfi Azərbaycan mətbuatı və çar senzyrəsı, Bakı, 2002.

 

4."Kəşkül" jurnalı/  Tiflis,31 .01.1883-cü il ,N 1.

 

5.Nəsrəddinov Nazim. "Tərcüman"ın təcrübə məktəbi. "Oğuz eli" qəzeti ,27.01.1993, N 2.

 

6. Nəsrəddinov Nazim.Cəlaləddin Ünsizadənin "Kəşkül" jurnalının  ilk nömrəsinin  biblioqrafiyası. "Strategiya.az " . 18.07.2013.


Müəllifin digər yazıları

  1. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  2. Atamın türkdilli məktubları
  3. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  4. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  5. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  6. Bu dünyanın qızıl günü
  7. Qafur Rəşad Mirzəzadə fenomeni
  8. Papaq və qalstuk məsələsi
  9. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  10. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  11. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  12. Atamın şəkli
  13. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  14. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  15. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  16. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  17. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  18. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  19. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  20. Qara qoçun nağılı
  21. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  22. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  23. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  24. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  25. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  26. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  27. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  28. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  29. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  30. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  31. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  32. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  33. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  34. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  35. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  36. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  37. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  38. Nüktələr və nöqtələr....
  39. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  40. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  41. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  42. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  43. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  44. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  45. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  46. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  47. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  48. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  49. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  50. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  51. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  52. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  53. Bağışla, bağışla, bağışla bizi
  54. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  55. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  56. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  57. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  58. Bizə ən gərəkli - Fil hesabatı
  59. “Bağçasaraydan göndərilən məktub”
  60. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  61. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  62. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  63. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  64. Doğma yurdun qış lövhələri...
  65. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  66. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  67. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  68. Hamıya dostam mən,bir qardaşam mən
  69. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  70. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  71. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  72. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  73. Söz sözü çəkər, əgər sözün közü varsa
  74. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  75. Müəllim olanda da yaxşı müəllim olun
  76. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  77. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  78. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  79. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  80. Ay Allah bəndəsi, niyə yazıqsan?
  81. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  82. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  83. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  84. Təbrizdən kənd məktubları
  85. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  86. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  87. Dünya yaman dünyadır
  88. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  89. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  90. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  91. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  92. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  93. Sözgəlişi, ola bilər düzəlişi...
  94. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  95. Bu Dünya- Şirin Dünya.....
  96. Göz görür,ağıl kəsir....
  97. Tərcüməsiz başa düşülən tatar bayatıları
  98. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  99. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  100. Mənim nəğməli bibim - Foto
  101. Sən yazmasan,mən yazaram
  102. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  103. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  104. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  105. Qulam Məmmədli-120
  106. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  107. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  108. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  109. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  110. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  111. Bu tarix ki var, qəliz məsələ imiş......
  112. SÖZ KİMİNDİR?
  113. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  114. Mənim dualarım
  115. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  116. Təzadlar, ay təzadlar....
  117. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  118. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  119. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  120. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  121. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  122. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  123. Testdən qəsdən danışmırıq
  124. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  125. Dərsliklərimizin halı və vəziyyəti
  126. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  127. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  128. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  129. Hırsızın gözü əlyazmalara düşdü
  130. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  131. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  132. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  133. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  134. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  135. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  136. Hacı Səid Əfəndi Ünsizadə-191
  137. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  138. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  139. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  140. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  141. Bir daha Ünsizadələr haqqında
  142. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  143. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  144. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  145. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  146. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  147. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  148. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  149. Bizə hansı elmlər lazımdır və yaxud ...
  150. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  151. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  152. Soyqırımı günündə dostumu itirmişəm
  153. Bu yaz bir başqa yazdır
  154. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  155. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  156. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  157. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  158. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  159. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  160. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  161. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  162. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  163. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  164. Dərgahdan başlanan yol
  165. Fikrin ifadə formalarından biri
  166. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  167. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  168. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  169. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  170. Təhsil tariximizin maraqlı səhifələri
  171. Təhsil tariximizdən maraqlı səhifələri
  172. Akademiklərin cərgəsindəki müəllim
  173. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  174. Mübarizə bu gün də var,sabah da...
  175. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  176. "Əkinçi" qəzeti-140
  177. Mustafanın Çanakkala məktubu
  178. Məktəbdə elm və texnologiya həftəsi
  179. Mübarizə bu gün də var, yarın da....
  180. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  181. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  182. Yazımızın tarixi-özümüzün tarixi
  183. Fikrət Sadıq -Dədə Qorqud
  184. Tədqiqatçı öz fikrində israrlıdır
  185. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  186. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  187. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  188. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  189. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  190. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  191. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  192. "Bağçasaraydan göndərilən məktub"
  193. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  194. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  195. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  196. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  197. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  198. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  199. Abdulla Şaiqin uşaq bağçası
  200. "Ziya"nın biblioqrafiyası
  201. Kasıblığın üzü qara olsun
  202. Bu gün M.Ə.Sabirin ad günüdür
  203. Keçən günə gün çatarmı ... - Fotolar
  204. Elmə yönələn yolun başlanğıcı - FOTO
  205. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  206. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  207. Ucundadır dilimin həqiqətin böyüyü ...
  208. İlk hesab dərsliyimiz
  209. Yusif Vəzirovun kölgədə qalan yazıları
  210. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  211. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  212. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  213. Dərslik, dərslik, yenə də dərslik...
  214. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  215. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  216. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  217. "ZİYA"lı ziyalı - Foto
  218. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1947 san