08:26 25 İyun 2014
13204 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

        "Azərbaycan tarixi" dərsliyinin  tarixi və filoloji səhvləri

 (Azəbaycan tarixi.X sinif üçün dərslik. Bakı,2012-ci il,"Çaşıoğlu" nəşriyyatı, 240 səhifə) 
                                                          


          Təlim prosesində fənlərarası əlaqənin əhəmiyyətini nəzərə alaraq, "Azərbaycan tarixi" dərsliyini (Azərbaycan tarixi,X sinif.Bakı, "Çaşıoğlu" nəşriyyatı,2012-ci il,240 səhifə)   vərəqləməli oldum.Bəri başdan deyim ki, dərslik gözəl və nəfis tərtibatı, rəsmləri, müxtəlif xəritələri və tarixi fotoları ilə diqqəti cəlb edir. Dərslik  formatına və həcminə görə də əvvəlki nəşrlərdən fərqlənir. 6 müəllifin  kollektiv işi olan bu dərslik tarix elmləri doktoru,professor Tofiq Vəliyevin ümumi redaktəsi ilə çap olunmuşdur. Dərsliyə 5 mütəxəssis rəy vermişdir.
   Tarix mütəxəssisi olmadığım üçün sırf tarixə aid məsələlərdən yox,dərslikdə təsadüf etdiyim bir sıra filoloji məsələlərin işıqlandırılmasında təsadüf etdiyim  uyğunsuzluqlardan söz açmaq istəyirəm. Bunlar eləsəhvlərdirki, deməmək olmur.Bu nöqsanlara göz yumsaq,şagirdlərdə müəyyən bir mövzunun başa düşülməsində, anlanımasında etimadsızlıq və deyilən sözə qayğısızlıq yarana bilər.Müəlliflər bu faktları müvafiq mənbələrdən əxz etdikləri üçün uyğunsuzluqların çoxu  məhz həmin mənbələrdən gəlir.
Dərslikdə  "Kəşkül" qəzetindən danışılan yerdə (səh.120) bu mətbu orqanın 1880-ci ildə işıq üzü gördüyü yazılır. Halbuki  "Kəşkül"ün jurnal fopmatlı tarixi  31 yanvar 1883-cü ildən başlayır.Bu barədə son illərdə bir sıra elmi əsərlərdə, ali məktəb dərsliklərində  ətraflı olmasa da , kifayət qədər söz açılmış, tarixi faktlar ilkin mənbəyi göstərilməklə tədqiqatçıların diqqətinə çatdırılmışdır.
   
  Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, "Ziya" qəzetinin naşiri  və sahibi-imtiyazı  Səid Əfəndi Ünsizadənin ortancıl qardaşı, "Ziya" qəzetinin  redaktoru və mühərriri Cəlaləddin (Cəlal)  Əfəndi Ünsizadə Qafqaz Senzor Komitəsinə  göndərdiyi  12 may 1882-ci il tarixli məktubu ilə  1882-ci il sentyabr ayından Tiflisdə ayda bir dəfə  "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəmişdir. Qafqaz Senzor Komitəsi  1882-ci ilin oktyabrında Cəlal Ünsizadəyə "Kəşkül" adlı jurnal çıxarmağa icazə vermişdir.
   Cəlal  Ünsizadə  əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları öz ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi  və dostları ilə məsləhətləşdirdiyi  proqram əsasında  1883-cü il yanvarın 31-də  28 səhifəlik "Kəşkül" jurnalını  qardaşı Səid Ünsizadənin  Tiflisdəki "Ziya" mətbəəsində çap etdirir. "Kəşkül" on bir nömrə jurnal kimi nəşr olunur,12-ci nömrədən sonra isə hətəlik qəzet kimi fəaliyyətə başlayır.
    Sözümüzün təsdiqi və inandırıcı olması üçün "Kəşkül"ün ilk nömrəsi haqqında məlumat vermək istəyirik.Məsələ burasındadır ki,şagirdlər faktlarla birbaşa tanış olanda mövzunu daha yaxşı qavrayırlar.Tarixə düşən bə bu yolla tatixləşən səhvləri faktsız sübut etmək həmişə çətinlik törədir.
"Kəşkül" jurnalının birinci nömrəsində həm  Azərbaycan dilində,həm də rus dilində yeni mətbu orqan haqqında ətraflı məlumat verilmişdir.
Ərəb əlifbalı nəşrlər soldan sağa oxunduğu üçün əvvəlcə Azərbaycan dilində yazılmış səhifəni oxuyuruq.

                                                                                           Kəşkül


                                                    1883 (miladi tarixlə-N.N.)-1300(islam tarixi ilə-N.N.) 
                                 ədəbiyyat və siyasiyatdan bahis(Səhv deyil.Bəhs yox, "bahis yazılıb.
                                                              Bahis -bəhs edən mənasını   verir.-N.N.)

                                                             (türki və farsi və ərəbi məqaləti dərc edər)
                                                                           Aylıq məcmuədir.
                                                        Birinci sənə.    Mah rəbiüləvvəl -1300.    Ədəd  1.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

                                            Birinci cüzvinin(burada: nömrəsinin-N.N.)mündəricatı 
                                                         Duayi-mənzumə
                                                         "Kəşkül"ün müqəddiməsi
                                                          Hekayə
                                                          S.Atamalıbəyovun vərəqəsi
                                                          Əlifba məsələsi
                                                         "İttilah" ğəzetəsi  və İran xanı
                                                          A.Bakıxanovun  müəllifatından 
                                                          Tağıstan ixtişaşı
                                                          Mütənəvviyə və  ixtilat
                                                          "Kəşkül"ün proqramı
                                                           Elanat

Mühərrir və naşiri Ünsizadə Cəlaləddin .                "Ziya" mətbəəsində təb olunmuşdur.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
                            Дозволено цензурою.Тифлисъ.  31-го  января 1883 года
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
         Bu səhifənin materialları rus dilində  müəyyən əlavələrlə jurnalın 28.ci-sonuncu səhifəsində verilmişdir.
*********************************************************************************************
   Bizə elə gəlir ki,"Azərbaycan tarixi" dərsliyinin yeni nəşrlərinə mütləq ictimai-fikir tariximizdə fundamental yeri olan mətbuat məsələlərinə  bu işi bilən filoloqlar, mətbuat tariximizin biliciləri də cəlb olunmalıdırlar.
Burada bir məsələ xüsusilə vurğulanmalıdır:  ali məktəblərə 
TQDK-nın xətti ilə  keçirilən  qəbul imtahanlarında məktəb və maarifçilik məsələlərini  öyrənməyə məxsusi önəm verilmir. Lakin bu, heç də  o demək deyil ki,məktəb və maarifçilik məsələləri kölgədə qalmalıdır.Otra məktəb hər nəsnədən əvvəl  Vətənə layiq  vətəndaş yetişdirməlidir.Təbii ki, hər bir vətəndaş  da  öz ölkəsinin keçdiyi inkişaf yolunu hərtərəfli öyrənməlidir.
Başqa bir mə
sələni də vurğulamaq istərdik.Dərsliklərin mütləq  müəllif səviyyəli məsul redaktoru olmalıdır.Redaktorun haqlı iradları müəlliflər tərəfindən hörmət və həssaslıqla qarşılanmalı,orta məktəb auditoriyalarına bir səhv belə yol tapmamalıdır.Bəzən haqlı olaraq düşünürsən ki,100 il bundan qabaqkı tariximizin  bəzi faktlarında  qeyri-dəqiqlik varsa,  təbii ki,  əsrlərlə yaşı olan tariximizin  bəzi faktları da dəqiqləşdirməli,xalqımızın tarıxi  keçmişi  daha düzgün, dəqiq yanaşma ilə, elmi  əsaslarla öyrənilməlidir.
  Məsələ burasındadır ki,dərsliklərimizdəki bəzi uyğunsuzluqların tarixi  dünəndən, sırağa gündən başlamır.Mən TQDK-nınAzərbaycan dili və ədəbiyyatı seminarının ilk rəhbəri olmuşam.1995-1996-cı ilin qəbul imtahanlarına aid
 bunkerdə bu iş  üçün səriştəsi olmayan  mütəxəssislərin yarıtmaz işinə görə  seminar rəhbərliyindən getməli oldum. (Bu gedişin səbəbkarları ilk növbədə  Azərbaycan Milli Elmlər Akademiyasından və Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutundan bunkerə dəvətolunmuş mütəxəssislərin seminarımız haqqında  yaratdıqları aldadıcı təəssürat oldu. Öz sahələrinin yaxşı mütəxəssisləri olan bu kadrları, görünür, etik davranış baxımından hələ də kadr arxasında saxlamaq lazım gələcəkdir). Biz o vaxt  ədəbiyyat və tarix kitablarındakı  bəzi uyğunsuzluqları aradan qaldırmaq üçünTQDK-nın tarix seminarının rəhbəri professor Yaqub Mahmudova müraciət etdik.Təəssüf ki,onun  daha məsul işlərə cəlb ediməsi bu işləri-gözlənilən əməkdaşlığı səngitdi.
  Mövzuya aydınlıq üçün yazıda məcbur olduğumuz  lirik olmayan ricətlərdən sonra yenidən X sinif üçün hazırlanan "Azərbaycan tarixi" dərsliyini vərəqləyirik.
1911-1912-ci illərdə Bakıda nəşr edilən "İşıq" adlı mətbuat orqanı şagirdlərə  jurnal adı ilə tanıdılır. (səh.214).Halbuki Tiflisdəki Olqa Mamalıq İnstitutunun məzunu Xədicə xanım Əlibəyovanın redaktoru olduğu  "İşıq" - həftəlik qəzet idi.Ərəb qrafikası ilə çıxarılan bu mətbu orqanın birinci səhifəsində  rus qrafikası ilə  "еженедельная газета"  olduğu xüsusilə  nəzərə çatdırılırdı. 
    Dərslikdə  Zaqafqaziya Müəllimlər Seminariyasının   "Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası " kimi  təqdim olunması ( səh.117) yanlışlıq  kimi başa düşülməlidir.
   S.Ə.Şirvaninin şagirdlərə nasir kimi təqdim olunması da elmi cəhətdən düzgün deyil (səh.121 ). 
   Doğrudur , S.Ə.Şirvaninin  bədii nəsrdə də  müəyyən izləri vardır: onun "Rəbiül-ətfal"dərsliyinə daxil edilmiş əsərlərinin  müəyyən hissəsi kişik həcmlə hekayələrdir. Amma S.Ə.Şirvanı ədəbiyyat  tarıximizdə M.Füzuli irsinin layiqli davamçısi kimi daha çox  tanınır.
   Abdulla Şaiqin "Uşaq gözlüyü "(1910)  dərslikdə  "Uşaq çeşməyi" adı ilə göstərilmişdir (səh.208).
    S.Ə.Şirvanin Şamaxıda məktəb açdığı barədə  verilən informasiya düzfgün deyil. (114).Pedaqoji ədəbiyyatda S.Ə.Şirvaniyə aid edilən  "Məclis məktəbi"nin yaradıcısı  Səid Əfəndi  Ünsizadədir Bu il həmin məktəbin 140 yaşı tamam olur.  Görkəmli maarifçi Səid Ünsizadənin təşəbbüsü,  Bakı qubernatoru D.S Staroselskinin razılığı ilə açılan, təhsil sistemimizdə yenilik olan  bu  məktəbin yerində indi Şamaxı Avropa Litseyi  fəaliyyət göstərir. 
M.Ə.Sabir mollaxana təhsilindən sonra   bu məktəbdə iki il  S.Ə.Şirvanidən dərs almışdır.

  Ədəbiyyat tariximizdə uzun müddət "Kitab yüklü Eşşək" romanı  səhvən  Mirzə Əbdürrəhim  oğlu  Talıbova (1834-1911) aid edilmişdir. Halbuki bu alleqorik əsəri fransız yazıçısı Şarl Pol  de Kok
(fr.Charles Paul de Koks,1793-1871) yazmışdır. O,"Zövcəmin oğlu"  (L'Enfant  de ma femme) adlı romanını on dörd yaşında yazmıçdır. Fransız dilini öyrənən əcnəbilər əsas dil materialı kimi adətən Pol de Kokun əsərlərinə müraciət edirlər.
   Artıq bir neçə ildir ki,  Azərbaycanın orta ümumtəhsil məktəblərinin  ədəbiyyat dərsliklərində M.Ə.Talıbovun  həyat və yaradıcılığından bəhs olunmur.  Ədəbiyyat dərsliklərindəki  məşhur  tarixi səhv isə tarix dərsliklərində (səh.132) hələ də  qalmaqdadır. 

  Dərslikdə "Ziya" və onun davamı olan "Ziyayi -Qafqasiyyə" (Qafqaziyyə" yox- N.N.) qəzetləri haqqında verilən məlumatlar da dəqiqləşdirilməlidir. 1879-1884-cü illərdə nəşr edilən  "Ziya"("Ziyayi-Qafqasiyyə")  qəzetinin, dərslikdə iddia edildiyi kimi 104 yox,  (səh.120) 200-ə yaxın nömrəsi dərc olunmuşdur. Dərslikdə XIX əsrin 80-90-cı illərində Bakıda nəşr olunan rusdilli qəzetlərin sırasında "Baku"nun da adı çəkilir. ( səh.120).  Halbuki,  rusdilli "Baku" qəzetinin  ilk nömrəsi 18 oktyabr 1902-ci ildə , son nömrəsi isə  1918-ci ilin martında çıxmışdır.
 Dərslikdə ədəbi janrların müəyyənləşdirilməsində də  qarmaqarışıqlıqlar görünür, növlə janr qarışdırılır. M.F.Axundovun komediyalarından danışan müəllif belə bir nəticəyə gəlir ki,"o, Azərbaycan ədəbiyyatında  dram janrının bünövrəsini qoymaqla təkcə ölkəmisdə deyil, bütün Yaxın Şərqdə özünə ədəbi şöhrət qazandırmışdır"(səh.121).Məsələ burasındadır ki,   orta ümumtəhsil məktəbləri üçün tərtib edilmiş  "Ədəbiyyat" dərsliyində  M.F.Axundzadənin  1851-ci ildə yazılmış cəmi bir dramatik əsərindən-" Hekayəti- xırs quldurbasan"dan  danışırlar. Özü də ehtiyatla. Əlbəttə, mübahisəli  məsələnin  dərsliyə  düşməsi yolveriməzdir.
  Tarix dərsliyində C.Məmmədqulusadənin doğum tarixi  30-40 il bundan əvvəlki kimi 1866-cı il göstərilir. Sonrakı tədaqiqatlarda   bu tarix dəqiqləşdirilmiş, dərsliklərdə 1869-cu il kimi  qəbul olunmuşdur.
   Tarix dərsliyində  bəzi sözlərin yazılışında da müəyyən səhvlər buraxılmışdır:   "Nəşri Maarif " izafəti (alınma söz birləşməsi )bir neçə yerdə defissiz yazılmışdır.(səh.174,176 ).Qasım bəy Zakirin qız nəvəsinin adı da dərslikdə  " Abdulla  bəy "  əvəzinə, "Abdullabəy"  yazılmışdır.(səh.122). S.M.Qənizadənin XIXəsrin 80-90-cı illərinə aid edilən  kitabı "Tarix" dərsliyində göstərildiyi kimi  dərslik yox, lüğətdir.Bu kitab  X  sinif şagirdlərinə "İslahi-Azərbaycan" adı ilə təqdim olunur. 
( səh.116).  Əslində isə C.M.Qənizadənin  nəzərdə tutulan bu kitabı 1890-cı ildə Bakı Quberniya İdarəsinin mətbəəsində nəşr olunan "İstilahi-Azərbaycan" (Azərbaycan dilinin istilahları) adlı  terminlər   lüğətidir. 

  "Tarix" (X sinif)  dərsliyində II Dövlət Dumasının  deputatlarının cərgəsində Mustafa Mahmudovun şəklinin verilməməsi də oxujuya yaxşı təsir bağışlamır.  O, II Dövlət Dumasının ən fəal deputatlarından biri olmuşdur. ADR Parlamentinin  üzvü olan M.Mahmudov  repressiya qurbanı olmuş, 1937-ci ilin dekabrın 19-dan 20-nə keçəh gecə üçlüyün 8773 nömrəli qərarı ilə güllələnmışdir.
  Dərslikdə ilk Azərbaycan filminin 1916-cı ildə   yarandığı göstərilir.  Əslində isə ilk  filmimizin   tarixi    XX əsrin sonlarından başlayır.
  "Tarix" (X sinif) dərsliyini ötəri  vərəqləməklə ortaya çıxan bu çatışmazlıqlar  redaktə zamanı asanlıqla düzəldilə bilərdi. Bu dərsliyin isə elmi redaktoru yoxdur.240-cı səhifədə adı nəşriyyat və mətbəə direktorundan sonra  redaktor kimi göstərilən,çox güman ki, nəşriyyat redaktorudur.
Əgər o, elmi redaktordusa,  onda adı dərsliyin ikinci səhifəsində-rəyçılərin adından  əvvəldə yazılmalı idi.
   Dərsliyin  5 rəyçisi var.Onlardan biri professor, biri dosent,  ikisi   lisey müəllimi,  biri isə orta ümumtəhsil  məktəbinin müəllimidir. Güvəniləsi  mütəxəssislərdir.       
   İnanırıq ki, dərslik müəllifləri   faktlara əsaslanan deyilən fikirlərlə razılaşacaq  və  növbəti nəşrdə  haqlı bildikləri  uyğunsuzluqları aradan qaldıracaqlar .



Müəllifin digər yazıları

  1. Sən yazmasan,mən yazaram
  2. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  3. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  4. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  5. Qulam Məmmədli-120
  6. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  7. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  8. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  9. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  10. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  11. Bu tarix ki var, qəliz məsələ imiş......
  12. SÖZ KİMİNDİR?
  13. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  14. Mənim dualarım
  15. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  16. Təzadlar, ay təzadlar....
  17. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  18. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  19. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  20. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  21. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  22. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  23. Testdən qəsdən danışmırıq
  24. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  25. Dərsliklərimizin halı və vəziyyəti
  26. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  27. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  28. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  29. Hırsızın gözü əlyazmalara düşdü
  30. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  31. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  32. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  33. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  34. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  35. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  36. Hacı Səid Əfəndi Ünsizadə-191
  37. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  38. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  39. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  40. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  41. Bir daha Ünsizadələr haqqında
  42. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  43. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  44. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  45. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  46. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  47. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  48. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  49. Bizə hansı elmlər lazımdır və yaxud ...
  50. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  51. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  52. Soyqırımı günündə dostumu itirmişəm
  53. Bu yaz bir başqa yazdır
  54. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  55. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  56. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  57. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  58. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  59. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  60. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  61. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  62. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  63. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  64. Dərgahdan başlanan yol
  65. Fikrin ifadə formalarından biri
  66. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  67. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  68. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  69. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  70. Təhsil tariximizin maraqlı səhifələri
  71. Təhsil tariximizdən maraqlı səhifələri
  72. Akademiklərin cərgəsindəki müəllim
  73. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  74. Mübarizə bu gün də var,sabah da...
  75. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  76. "Əkinçi" qəzeti-140
  77. Mustafanın Çanakkala məktubu
  78. Məktəbdə elm və texnologiya həftəsi
  79. Mübarizə bu gün də var, yarın da....
  80. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  81. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  82. Yazımızın tarixi-özümüzün tarixi
  83. Fikrət Sadıq -Dədə Qorqud
  84. Tədqiqatçı öz fikrində israrlıdır
  85. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  86. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  87. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  88. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  89. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  90. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  91. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  92. "Bağçasaraydan göndərilən məktub"
  93. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  94. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  95. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  96. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  97. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  98. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  99. Abdulla Şaiqin uşaq bağçası
  100. "Ziya"nın biblioqrafiyası
  101. Kasıblığın üzü qara olsun
  102. Bu gün M.Ə.Sabirin ad günüdür
  103. Keçən günə gün çatarmı ... - Fotolar
  104. Elmə yönələn yolun başlanğıcı - FOTO
  105. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  106. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  107. Ucundadır dilimin həqiqətin böyüyü ...
  108. İlk hesab dərsliyimiz
  109. Yusif Vəzirovun kölgədə qalan yazıları
  110. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  111. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  112. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  113. Dərslik, dərslik, yenə də dərslik...
  114. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  115. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  116. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  117. "ZİYA"lı ziyalı - Foto
  118. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qulam Məmmədli-120
08:20 28.03/2017
 
Xəbər başlıqları
24-04-2017
23-04-2017
22-04-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.35 san