14:37 08 Fevral 2018
1246 dəfə oxunub
Çap versiyası
...

 

 

Bölgəmizdə on minlərlə tarixi və mədəniyyət abidəsi erməni vandaliziminin qurbanı olmuşdur. Lakin erməni saxtakarlığının "mədəni və dini əlamətləri" digər xalqlara aid olan həqiqəti silə bilmədi. Bir sözlə, erməni uydurmaları gerçəyi inkar edə bilmir. Ermənilər Gürcüstan Respublikasının Samtskhe-Cavaxeti bölgəsində Kumurdo kəndində yerləşən kilsənin erməni xalqına məxsus olduğunu iddia edirlər. X əsrə aid olan kilsənin həyətində erməni xaçı yerləşdirərək, bildirirlər ki bu erməni kilsəsidir. Kilsənin ermənilərə məxsus olaraq YUNESKO-nun irsi siyahısına salınması tələbini irəli sürmüşdilər.

Qeyd etmək lazımdır ki, Kumurdo kəndində 1830-ci ilə qədər ermənilər yaşamamışdır. 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni

apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılar zamanı kilsənin həyətində “erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunurdu. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmamışdır. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir.

Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir. Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, ermənilər monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər. 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil idi. SSRİ –nin süqutundan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib. Azərbaycan torpaqlarına və mədəni irsinə qarşı işğalçılıq siyasəti aparan erməni millətçilər Gürcüstana qarşı da zaman-zaman təcavüz siyasəti yürütmüşlər. Bu planın bir hissəsi olaraq, Hucabi monastrı işğal edilmişdir.

 

Ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Ermənilərin Gürcüstana və gürcü xalqının mədəniyyətinə, dininə, tarixinə qarşı ilk hücumları deyil. Mənfur qonşular dəfələrlə azərbaycan xalqı ilə yanaşı, gürcü xalqına məxsus kilsə və digər tarixi, mədəni, dini abidələri özününküləşdirmək üçün bu cür yalançı iddialarla çıxış ediblər. Ermənilərin bu iddiaları Gürcüstan dövlətinə qarşı təcavüzkar hərəkətlərdir. Həmçinin Gürcüstan dövlətinə qarşı qiyamın və separatizmin bir mərhələsidir. Ermənilər bu yolla Gürcüstanda yeni bir qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışırlar.

 

 

Fərahilə Babayeva-Şükürova.

AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin əməkdaşı


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0333 san