11:00 10 Fevral 2018
717 dəfə oxunub
Çap versiyası
...

 
 
Fevralın 10-u Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun doğum günüdür.
 
Tarix İnstitutundan verilən məlumata görə, görkəmli alimin 79 yaşı tamam olur.
 
Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent), BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan), Ali Attestasiya Komissiyasında (sədr müavini) və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində (baş direktor) işləyib. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.
 
Y.Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını üzə çıxarıb. O, Avropa-Asiya qarşılıqlı əlaqələri və Azərbaycan problemini, o cümlədən, Azərbaycanın diplomatiya tarixini araşdıran elmi məktəb yaratmış və hazırda həmin məktəbə başçılıq edir.
 
Akademik 1999-cu ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunub.
 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0026 san