19:49 10 Fevral 2018
1152 dəfə oxunub
Çap versiyası
...

Bayıl yamacında yenidən sürüşmə baş verib.

Sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

 

Günorta saatlarında baş verən hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Hadisə yerinə Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları gəliblər. Sürüşmə ərazisi polis tərəfindən nəzarətə götürülüb.

 

Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abid Əliyev deyib ki, 90-a yaxın ailə siyahıya alınıb. Siyahı Nazirlər Kabinetinə təqdim olunub.

 

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə bildirib ki, sürüşmə sahəsində vəziyyət ciddidir. İcra başçısının sözlərinə görə, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək. Sakinlər bir illik kirayə pulu ilə təmin olunacaqlar. Eldar Əzizov yaşamaq üçün yerləri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da bildirib.

 

Bundan başqa, icra başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib. Sakinlərin bəziləri artıq evlərini boşaldıblar.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə deyib ki, çatlarda dərinləşmə 5-6 metrə çatıb. Ərazidə araşdırma aparılır.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7312 san