11:34 12 Fevral 2018
470 dəfə oxunub
Çap versiyası
...



Yol hərəkəti haqqında qanuna görə, piyada keçidi nəzərdə tutulan yerlərdə həm nişan olmalı, həm də zolaq çəkilməlidir. Amma Sumqayıtda bəzi yollarda bu qaydalara əməl edilməyib. Zolaq olmadığından sürücülər nişanın tələbini pozurlar.Buna görə də sürücülər əksər hallarda piyadalara yol vermir.

Piyada və sürücüləri çaş-baş salan bu yol şəhərin Heydər Əliyev prospektində “Növbətçi” mağaza deyilən hissəsində yaşanır. Yol yeni asfaltlansa da, bəzi hissələrdə nişanlar çəkilməyib. Sürücülər piyada ölümü ilə nəticələnəcək qəzanın baş verəcəyindən ehtiyatlanırlar.

Yaxınlıqda məktəbin olması isə təhlükənin miqyasını daha da artırır. Sakinlər onu da dedilər ki, əraziyə bir müddət əvvəl piyada keçidinin olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəki
lməyib. Bu da əlavə  çətinliklər yaradır.

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt İcra Sahəsindən isə bildirdilər ki, məsələ şəhər İcra Hakimiyyətinin səlahiyyətindədir. 
Bu qurumdan isə dedilər ki, yolun qalan hissələrində də yaxın vaxtlarda zolaqların və nişanların çəkilməsi həyata keçiriləcək.




Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7502 san