10:45 13 Fevral 2018
437 dəfə oxunub
Çap versiyası
...

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdə bir final mərhələsinin oyunlarına start veriləcək.

Mərhələnin ilk oyun gününün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottemxem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb (2:0).

Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”in qonağı olacaq.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6336 san