11:10 13 Fevral 2018
422 dəfə oxunub
Çap versiyası
...

Rusiyanın Orenburq şəhərində baş verən güclü yanğın nəticəsində bir ailədən 4 nəfər ölüb, 5 nəfər xəsarət alıb, onların hamısı azərbaycanlı olub.

Strategiya.az bildirir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, ilkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.

Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.

Yanğın binanın 9-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin məlumatlara görə, yanğın təxminən 10 kvadratmetr sahəni əhatə edib.

Yanğın məişət zəmnində ailə münaqişəsi nəticəsində baş verib. Sədaqət Quliyeva mənzildə olanların və özünün üstünə benzin tökərək yandırıb.

Şəhərin tibb məntəqəsinə 7 nəfər, o cümlədən 3 azyaşlı uşaq göndərilib. Amma Leyla və Eysavar Quliyevlər xəstəxanaya gedərkən təcili tibbi yardım maşınında keçiniblər. 4 qadın və 8 yaşlı qız uşağı Orenburq şəhər xəstəxanasında ağır vəziyyətdədir.

Sədaqət Quliyevanın bədənin 95%-i yanıb.

Faktla bağlı cinayət işi açılıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Sumqayıtda ev yanıb
17:34 22.05/2018
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1773 san