13:21 13 Fevral 2018
299 dəfə oxunub
Çap versiyası
...

Cənubi Koreya məhkəməsi ölkənin sabiq prezidenti Pak Kın Henin yaxın rəfiqəsi Soy Sun Sili korrupsiya və ölkənin siyasi işlərinə qarışmaq ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.

Müttəhim, həmçinin 18 milyard Cənubi Koreya vonu (16,56 milyon dollara yaxın) məbləğində cərimə ödəməlidir.

Cənubi Koreyada korrupsiya qalmaqalı 2016-cı ilin oktyabrında iri kompaniyaların Soy Sun Silin qurduğu fondlara külli miqdarda pul ödəməklə dövlətin dəstəyini qazanması xəbərlərinin yayılması ilə başlayıb. O, dövlət postlarında işləmədən prezident administrasiyasının işlərinə qarışıb və öz varidatını artırmaq üçün əlaqələrindən istifadə edib.

Korrupsiya işi üzrə aralarında “Samsung” korporasiyasının faktiki rəhbəri Li Çje Yon da daxil olmaqla 30 nəfərə qarşı ittiham irəli sürülüb. Ötən il martın 10-da konstitusiya məhkəməsi dövlət başçısı Pak Kın Heni vəzifəsindən kənarlaşdırıb. Mayın 9-da isə Mun Çe-in Cənubi Koreyanın yeni prezidenti seçilib.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Cəbhədən son xəbər
09:17 25.05/2018
 
Xəbər başlıqları
26-05-2018
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8366 san