13:43 13 Fevral 2018
360 dəfə oxunub
Çap versiyası
...

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası İranın Sərab şəhərində keçirilən ənənəvi beynəlxalq turnirin qalibi olub.

Strategiya.az Azərbaycan Basketbol Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə U-18 millimizlə yanaşı, İranın və İraqın bir sıra şəhərlərinin komandaları da iştirak ediblər.

Samit Nuruzadənin yetirmələri ilk qarşılaşmada Süleymaniyyə şəhərinin basketbolçularına 60:69 hesabı ilə məğlub olublar. Bu görüşdən sonra dönüş yaradan komandamız turnirin favoriti olan İran millisini üstələyib (75:71). Ev sahibləri ilə keçirilən sonuncu görüş isə gərgin idman mübarizəsi şəraitində keçib. Bu oyunda da komandamız yüksək oyun nümayiş etdirərək rəqibinə heç bir şans verməyib - 90:72.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9168 san