18:08 13 Fevral 2018
504 dəfə oxunub
Çap versiyası
...

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq.

Təhsil Nazirliyindən  bildiriblər ki, nəticələrindən narazı qalan iştirakçılar öz işlərinə yenidən baxılması üçün yerli təşkilat komitələrinə - müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edə bilərlər. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir.

Olimpiadaların növbəti mərhələsinin aprel ayında keçirilməsi planlaşdırılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1129 san