08:14 14 Fevral 2018
238 dəfə oxunub
Çap versiyası
...

Fevralın 22-23-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası keçiriləcək.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular iqlim dəyişiklikləri və onun nəticələrinə qarşı mübarizədə uzunmüddətli strategiyaların işlənib hazırlanması, “saxta xəbərlər” (“fake news”) zəmanəsində demokratiyanın mühafizə edilməsi, silahlara nəzarət, onların ləğvi və yayılmaması, miqrasiya, terrorizmə qarşı mübarizəyə həsr olunacaq.

ATƏT PA-nın prezidenti Georgi Sereteli, ATƏT-in baş katibi Tomas Qreminqer, ATƏT-in fəaliyyətdə olan sədri İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə dövlət müşaviri Vinçenzo Amendola sessiyanın açılış iclasında çıxış edəcəklər.

Sessiya çərçivəsində üç baş komitədə təhlükəsizlik siyasəti, iqtisadiyyat, ətraf mühit və eləcə də insan haqları və humanitar məsələlər ətrafında müzakirələr aparılacaq, sessiyanın yekununda hər üç komitənin birgə iclası keçiriləcək.

ATƏT-ə üzv olan 57 ölkədən 300-dək artıq parlamentarinin qatılacağı sessiyada ölkəmizi Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Sessiya parlamentarilərə qurumun rəsmiləri ilə ATƏT məkanındakı ən son proseslər ətrafında dialoq aparmaq, həmçinin digər mövzularda müzakirələr etmək və bir sıra məsələləri nəzərdən keçirilməyə imkan verəcək. Sessiya həmçinin qarşıdan gələn illik sessiyada qəbul ediləcək qərar layihələrinin müzakirəsi üçün mühüm platformadır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7016 san