08:24 14 Fevral 2018
210 dəfə oxunub
Çap versiyası
...

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında son tamamlama işləri gedir. Limanın tikintisi təxminən 2 aya başa çatacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir Ermənistanda əhalinin və mətbuatın regional layihələrdən kənarda qalmasına görə hökuməti tənqid etməsinə də toxunub.

Azərbaycan daha bir meqa layihəni tamamlamağın astanasındadır. Ölkənin nəqliyyat və logistik mərkəzə çevrilməsi üçün əsas layihələrdən biri olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi yekunlaşmaq üzrədir.

Şahin Mustafayev qeyd edib ki, dəniz ticarət limaninin potensialı illik 15 milyon ton və 100 min konteynerdir. Lakin bu imkanlar daha da genişləndirilərək limanın yük potensialı illik 25 milyon ton və 500 min konteynerə çatdırılacaq. Nazir son vaxtlarda Ermənistanda əhalinin və mətbuatın Azərbaycandan fərqli olaraq bütün regional layihələrdən kənarda qalmasına görə hökuməti tənqid etməsinə də toxunub.

Nazir onu da əlavə edib ki, ötən il ərzində Azərbaycan vasitəsilə ümumilikdə 10,4 milyon ton yük daşınıb. Bu da 2016-cı illə müqayisədə 16% artım deməkdir.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Neft bahalaşıb
09:56 24.02/2018
Qızıl ucuzlaşdı
10:09 23.02/2018
Neft ucuzlaşıb
09:25 23.02/2018
 
Xəbər başlıqları
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7059 san