09:06 14 Fevral 2018
1549 dəfə oxunub
Çap versiyası
...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında ABŞ əleyhinə sərt ifadələr işlədib. Amerikanı terrorçulara dəstəkdə ittiham edən Ərdoğan, heç kəsin Türkiyəyə hədə-qorxu gələ bilməyəcəyini söyləyib.

"Amerikalı generallar PYD-li terrorçularla şəkil çəkdirərək, bizə təhdid dolusu mesajlar göndərirlər. Görünür, onlar Osmanlı şilləsi yeməyiblər. Bizi başqaları ilə səhv salmasınlar. Onlara yenidən səslənirəm. Suriyada terrorçulara yaxın durmasınlar. Çünki bütün terrorçular hədəfimizdədir, hamısı öldürüləcək" - Ərdoğan bildirib.

 Strategiya.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, YPG/PYD terrorçularına təlim keçən amerikalı general, "əgər Türkiyə bizi də hədəfə götürsə, sərt cavab alacaq" demişdi.

Türkiyə prezidenti, ABŞ-ın Suriyadakı varlığının İŞİD-lə əlaqəsi olmadığını da deyib.

"Amerika guya İŞİD-lə mübarizə aparır. Hardadı İŞİD? O teatr bitdi artıq. Biz regionda kimin kim olduğunu açıq-aşkar bilirik. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz" - Ərdoğan vurğulayıb.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-02-2018
24.02.2018 Neft bahalaşıb
23-02-2018
23.02.2018 Qızıl ucuzlaşdı

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6267 san