09:43 14 Fevral 2018
298 dəfə oxunub
Çap versiyası
...

Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasında 42 yaşlı qadın qatar gələn an relsin üstünə düşüb.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev faktı təsdiqləyərək, bildirib ki, xoşbəxtlikdən relslərin arasında qalan qadın heç bir xəsarət almayıb.
 
""Həzi Aslanov"dan "Dərnəgül"ə gələn qatar "İnşaatçılar" stansiyasına çatan zaman qadının epilepsiyası tutub və relsin üstünə düşüb. Qatar isə onun üstündən keçib. Xoşbəxtlikdən qadın relslərin arasında qalıb. Heç bir xəsarət almayıb. Stansiyaya təcili tibbi yardım briqadası dəvət olunub və qadına müdaxilə edilib”, - deyə Nəsimi Paşayev bildirib.
 
Məlumata görə, 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb./apa/
 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8791 san